Bəxt üzə güləndə: kasıb ailə bir gündə milyonçu oldu - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bəxt üzə güləndə: kasıb ailə bir gündə milyonçu oldu - FOTOLAR

Bəxt bəzən insanın üzünə çox qəribə şəkildə, heyrətamiz formada gülür.

Kaliforniyadakı ailə də bir gündə multimilyonçu olub. Köpəklərini gəzməyə çıxarmış ərlə arvad evlərinin arxasındakı bağda itin eşələnməyə başladığını görüblər. İt hürür, torpağı qazırdı.


Ərlə arvad həmin yerə yaxınlaşıblar. Əri maraq götürüb və o, anbardan beli gətirərək həmin yeri qazıb.

Tapıntı onu şoka salıb.


Çünki itin hürdüyü yerdən çıxan dəmir qabın içində 1427 qızıl sikkə vardı. Ekspertlərin dediklərinə görə, 19-cu əsrə aid bu 5, 10 və 20 dollarlıq qızıl pulların minimal dəyəri 10 milyon dollardır. Üstəlik, həmin pullar arasında çox nadir sikkələr var ki, hər birinin dəyəri hərracda satılacağı təqdirdə ən azı 1 milyon dollar ola bilər.


Şimali Kaliforniya sakinləri olan amerikalı ərlə arvadın adları açıqlanmır.

Santa-Ana şəhərindəki "Professional Coin Grading Service"in banilərindən biri Devid Hollun sözlərinə görə, tapılmış pullar 1847-1894-cü illər arasında tədavülə buraxılıb: "Onların nominal qiyməti 27 min dollar olsa da, tapıntının indiki qiyməti ən azı 10 milyon dollardır. Pullar arasında numizmatları çox maraqlandıracaq nadir sikkələr var. Bu pullar tədavülə buraxılandan az sonra bir yerə toplandığından çox yaxşı vəziyyətdədirlər".


Ailənin müraciət etdiyi numizmat Don Kaqinin dediyinə görə, tapılmış xəzinə ABŞ ərazisində indiyədək aşkarlanmış ən böyük dəfinə sayıla bilər. "Saddle Ridge Hoard" adlanan bu dəfinədəki pulların hər biri ayrı-ayrı plastik qaba qoyulub.


"Ailə pullardan yalnız bir neçəsini saxlayaraq yerdə qalanını Amazon.com-a satışa çıxarmaq fikrindədir. Pulların çox baha qiymətə satılacağına əsla şübhə etmirəm", - D.Kaqin deyib.


Qızıl pulların əksəriyyəti San-Fransisko şəhərindəki zərbxanada buraxılıb. Amma bir neçə 5 dollarlıq sikkə Corciya kimi uzaq ştatlarda tədavül üçün nəzərdə tutulubmuş./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm