Pişiyi öldürdüyünə görə həbsə düşdü - VİDEO
Bizi izləyin

Bilgi.az

Pişiyi öldürdüyünə görə həbsə düşdü - VİDEO

Britaniyada keçmiş hərbçini 4 aylıq həbsə məhkum ediblər. Buna səbəb isə hərbçinin pişiyi vəhşicəsinə öldürməsi olub.



Hadisə ötən il sentyabrın 22-də Aşton-ander-Lin kraliyyət yolunda baş verib. 10 bakal pivə içmiş 30 yaşlı keçmiş hərbçi Entoni Delani yolun kənarında maşın vurmuş pişik tapıb. Dostları ilə birgə olan Entonu pişiyi təpikləməyə başlayb.



Bu hadisəni müşahidə kameraları qeydə alıb. O, pişiyi təpiklə elə vurub ki, sanki penalti zərbəsi yerinə yetirir. Hadisə baş verən zaman yolun kənarından keçən qızlar heyvana zülm etməyi dayandırmağı tələb ediblər. Entoni və dostları qızları da söyüblər. Bundan sonra qızlar heyvanların mühafizə xidmətini çağırıblar.


Həmin şəxslər heyvanla qəddar davrandıqlarına görə saxlanılıblar.



Məhkəmədə Delani günahını boynuna alsa da, deyib ki, heyvanı əzablardan qurtarmaq üçün bu cür edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm