Siqareti tərgitmək üçün tetris
Bizi izləyin

Bilgi.az

Siqareti tərgitmək üçün tetris

Siqareti tərgitmək üçün tetris

Müasir dövrdə vacib problemlərdən biri siqaret istifadəsini və zərərli vərdişləri məhdudlaşdırmaqdır. Dünya təcrübəsinin göstərdiyi kimi, tütün məmulatlarının qiymətlərinin və vergilərinin artırılması siqaret çəkməyə qarşı kompleks mübarizə siyasətinin ən effektiv komponentlərindən biridir.

Təəssüflər olsun ki, tütünün insan orqanizminə ziyanları haqqında nə qədər təbliğat aparılsa da günümüzdə siqareti tərgitməyi bəhanə edənlərin sayı az deyil. Bu baxımdan Plymouth Universitetinin elm adamları siqareti buraxmaq istəyənlərə cəlbedici üsul təklif edib. Onların apardığı tədqiqatlar müəyyən edib ki, üç dəqiqə boyunca klassik kompüter oyunu (Tetris) oynamaq həm artıq çəkisi olanlara həm də siqaret, spirt istifadəçilərinə yardım edir. Başqa sözlə, çoxlu qidalanmanın qarşısını alaraq siqaret və spirt istifadəsini azaltmağa təsir göstərir. Lakin, buda bir həqiqətdir ki, insan iradəsi bu cür pis vərdişləri tərgitmək üçün ən yaxşı vasitədir. Əgər siqaret çəkən şəxs özündə iradə, özünə inam hiss edərsə, bunun öhdəsindən asanlıqla gələ bilər və siqareti birdəfəlik tərgidər.

Həyatda ən böyük var-dövlət olan can sağlığımızı tütünə qurban verməyək. Allahın bizə bəxş etdiyi əmanəti göz bəbəyi kimi qoruyaq. Qoruyaq ki, bizdən sonra gələn nəsillərimiz sağlam olsun.

Mövqe.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm