Qısa ətək qadağasına qadınlardan cavab
Bizi izləyin

Bilgi.az

Qısa ətək qadağasına qadınlardan cavab

Uqandada yüzlərlə qadın küçələrə çıxaraq mini-yubka qadağasına etiraz ediblər. 200 qadın paytaxt Kampalanın küçələrində "Pornoqrafiya əleyhinə" qanuna etiraz edir, müxtəlif lozunqlar səsləndirir.



Qeyd edək ki, Uqandanın prezidentinin təsdiq etdiyi qanunla "xoşagəlməz paltarlar" qadağan edilib. Qanuna əsasən, qanuna uyğun şəkildə geyinməyən qadınlar həbs olunacaqlar.



Mini ətəkli paltar geyinən xanımlara hücum olduqdan sonra zərif cinsin nümayəndələri öz güclərini nümayiş etdirməyə çıxıblar.



Ölkədə mini-yubka geyilməsini qadağan edən qanun ötən ilin dekabr ayında ölkə parlamentində qəbul edilmişdi. /Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm