Zəngi vurduğuna görə döyüb şikəst etdilər - FOTO
Bizi izləyin

Bilgi.az

Zəngi vurduğuna görə döyüb şikəst etdilər - FOTO

Rusiya vətəndaşı Sergey Boqdanov Hindistanın Qoa bölgəsində vəhşicəsinə döyülüb. O, Mandrem kəndindəki məbədə girərək zarafat xətrinə ayin zənginə vurub.


Rusiyanın Kalininqrad şəhərinin sakini olan 28 yaşlı S.Boqdanov istirahət üçün yollandığı Qoada qalıb yaşamağa qərar vermişdi.


O, Müqəddəs Aleks məbədinə girərək zəngi vurandan sonar bir neçə hindus onu vurub yerə yıxıb və döyməyə başlayıb.

Kilsədəki bu zəngə yalnız bayramlarda və ya ölənlərin xatirəsini anmaq üçün vururlar.


Döyülən Sergey Boqdanov qışqıraraq yardım diləsə də, məbədin qarşısından keçənlər ona fikir verməyiblər.

Ağır yaralanmış S.Boqdanov birtəhər xəstəxanaya gedib. Həkimlər isə onun yaralarına sarğı qoymaqla kifayətləniblər.


"Mən Sergey Aleksandroviç Boqdanovam. Hindistandayam, ölürəm. Ölkəmin yardımına ehtiyacım var. Zəngi vurduğuma görə döyüldüm. Xəstəxanaya getdim və orada gərəkli yardım almadım. Oradan qaçmaq üçün motosiklet oğurladım. Mənə yardım edin!", - S.Boqdanovun videomüraciətində deyilir.


S.Boqdanovun anası baş vermiş hadisədən xəbər tutan kimi Hindistana, oğlunun yanına yollanıb. Amma o, oğlunu ölkədən çıxara bilməyib./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm