Bilgi.az
Adolf Hitlerin kitabı rekord qiymətə satıldı
Nasist lideri Adolf Hitlerin üzərində imzası olan "Mein Kampf" (Mənim mübarizəm) kitabının ilk nüsxəsi rekord qiymətə satılıb.
İnterAz-ın ANS PRESS-ə istinadən xəbərinə görə, Los Ancelesdə keçirilən hərracda Adolf Hitlerin "Mənim mübarizəm" adlı kitabı gözlənilməz məbləğdə öz müştərisini tapıb.
Biri ilk nəşr, digəri ikinci nəşr olan iki cilddən ibarət olan kitabların 20 ilə 25 min dollar arasında satılması gözlənilirdi. Lakin hərracda "Mənim mübarizəm" kitabları 64 min 840 dollara satılıb.
Neyt D.Sanders hərrac evinin təşkil etdiyi hərracda 11 nəfər iştirak edib. Hitlerin bu kitabları Nasist partiyasının ilk üzvlərindən İosif Bauerə imzalayıb veridyi deyilir.
Hitlerin Bauerə 1926-cı il, Yeni il günü hədiyyə olaraq verdiyi kitablarda xoş diləklərini ifadə edib.
Gənc Adolf Hitler sözügedən kitabını həbsdə olduğu müddətdə yazıb və Almaniyanın çətinliklərinin Yəhudi ilə Marksist qruplardan qaynaqlandığını irəli sürüb.
Hitlerin 1933-cü ildə iqtidarı ələ keçirməsindən sonra əsərin milyonlarla nüsxəsi nəşr olundu. 1936-cı ildə bütün yeni evlənənlərə hədiyyə olaraq paylanmışdı.
Həmçinin, ötən gün keçirilən hərracda Hitlerin baş memarı Albert Spirə məxsus bir dəri pencək isə 10 min 68 dollara satılıb.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB