Qısaboylu insanlara bəd xəbər
Bizi izləyin

Bilgi.az

Qısaboylu insanlara bəd xəbər

Böyük Britaniyada aparılan araşdırmada məlum olub ki, qısaboylu insanların uzunboylu insanlarla müqayisədə infarkta tutulma riski daha yüksəkdir.

Lester Universitetində aparılan araşdırmanın nəticələrinə görə, qısaboylu insanların uzunboylu insanlarla müqayisədə infarkta tutulma riski daha yüksəkdir.

BBC-nin xəbərinə görə, İngiltərədə hər il 73 min insan ürək xəstəliklərindən həyatını itirir. Alimlər uzun illərdir ki, apardıqları ayrı-ayrı tədqiqatlarda boy uzunluğu ilə ürək xəstəlikləri arasında əlaqə olduğunu müşahidə edib. Ancaq son araşdırma bu fikri bir daha təsdiqləyib.

Tədqiqatda infarkt keçirmiş və ya sağlam, fərqli boy uzunluğunda olan 200 min nəfərin "DNT"-si (genetik kod) təhlil edilib. Bu zaman insanların boy uzunluğunu müəyyən edən genetik faktorların ürək-damar sisteminin inkişafında də təsir etdiyi aydınlaşıb. Buna görə qısa boylularda ürəyə qan göndərən əsas damarlar daha dar olur, və bu da yağların damar divarlarının qalınlaşmasını asanlaşdırır. Arteriyaların tıxanması da infarkta səbəb olur.

Araşdırmanın rəhbəri professor Ser Nileş Saman "Genetik olaraq sizi qısa, ya da uzun edən parametrlər, eyni zamanda qan damarlarının quruluşuna da təsir edir. Bu da qısa boylu insanların infarkt keçirmə riskini artırır, ya da azaldır" deyir. Araşdırmaya görə, iki insanın boyları arasındakı 6,35 sm-lik fərq varsa, qısa boylu insanın infarkt keçirmə riski digərinə görə 13,5 faiz artır.

Araşdırmaya dəstək verən İngiltərənin Ürək Fondunun professoru Ceremi Pearson "Independent" qəzetinə verdiyi açıqlamada bu araşdırmanın qısa boylu insanların infarkt riskinin çox ola biləcəyini göstərən ilk araşdırma olduğunu bildirir. Alimlər bu araşdırmadan yola çıxaraq qısa boylu insanların tez-tez həkim nəzarətindən keçməsinin vacib olduğunu vurğulayıblar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm