Şahzadə Diananın vəsiyyətnaməsinin təfərrüatları - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Şahzadə Diananın vəsiyyətnaməsinin təfərrüatları - FOTOLAR

Vəsiyyətnamədə şahzadə Uilyam və Harrinin nə qədər miras aldığı məlum olub.

Bu günlərdə London mətbuatında şahzadə Diananın şəxsi məlumatlarının əks olunduğu sənədlər ictimaiyyətə açıqlanıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Probate Search" saytı Diana Spenserin vəsiyyətnaməsinin detallarını dərc edib. Qeyd edək ki, sözügedən sayt Britaniyada məhz şəxsi məlumatların əks olunduğu sənədlər üzrə ixtisaslaşan resursdur.

Dərc olunanlardan məlum olub ki, o, öz oğulları Uilyam və Harriyə 30 milyon dollar miras qoyub. Oğlanlarının təhsil məsələlərinin həllini isə Diana anası Frensis Şend Kiddə həvalə edib.

Kral ailəsinin bioqrafı jurnalistlərə "O, uşaqlarının sevgi və qayğı dənizində üzdüyündən əmin olmaq istəyirdi" söyləyib.

Bundan başqa şahzadə Diana öz qəyyumu Pol Barrelluya 80 min dollar vəsiyyət edib. Sənət əşyaları, mebel və digər əmlaklarını Diana öz dostları arasında bölüşdürüb.

"Probate Search" saytında Diananın vəsiyyətnaməsinin dərc olunması faktı isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, bir çoxları həmin məlumatların ümumi icmalının dərc olunmasının etik cəhətdən düzgün olmadığı qənaətindədir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm