13 yaşlı qızın ərə getməmək üçün müəlliminə yazdığı məktub
Bizi izləyin

Bilgi.az

13 yaşlı qızın ərə getməmək üçün müəlliminə yazdığı məktub

Hindistanda zorla ərə verilən 13 yaşlı qız müəllimindən ərə getməmək üçün kömək istəyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 13 yaşlı Duli Hembrom 2 gündən sonra baş tutacaq toy mərasimindən imtina edərək valideynlərinin fikrini döndərməyə çalışıb. Zorla ərə verilən qız buna hazır olmadığı üçün məktəb direktoru Milan Mitçi Uçha Vidyalaya məktub yazıb.

O deyib: "Mən ərə getmək istəmirəm. Mən qəbul günü özümə söz verdim ki, 18 yaşım olmadan ərə getməyəcəyəm".

Qız məktubda müəlliminə nəyin bahasına olursa olsun toyun qarşısını alması üçün yalvarıb.

Qızın atası isə cəmiyyətdə uşağın evləndirilməsinin adi hal olduğunu deyir. Onun sözlərinə görə, qız böyüdükdən sonra ona uyğun ər tapmaq mümkün olmayacaq.

Ölkə qanununa görə, Hindistanda qızlar 18, oğlanlar 21 yaşdan sonra evləndirilə bilər. Bununla belə, BMT hesabatına görə, Hindistan uşaq nikahlarına görə dünyada 2-ci yeri tutur. Ölkədə qızların 52 faizi 18 yaşa çatmadan ərə verilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm