Barak Obamanın nənəsi Ümrə ziyarətində - FOTO
Bizi izləyin

Bilgi.az

Barak Obamanın nənəsi Ümrə ziyarətində - FOTO

ABŞ prezidenti Barak Obamanın doğmaları Ümrə ziyarətinə yollanıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Obamanın nənəsi Sara Obama, habelə onun digər qohumları hazırda Məkkədə ziyarətdədir. Qadın Məkkəyə oğlu Səid ilə gəlib. Sara Obama Həcc ziyarətindən sonra bir neçə məscidə də baş çəkəcək:

"Mən çox xoşbəxtəm ki, Məkkə şəhərini ziyarət etdim".

Sara Obama Səudiyyə Ərəbistanı ilə yanaşı, digər müsəlman ölkələrinə də gedəcəyini əlavə edib.

Qeyd edək ki, bir sıra mətbu orqanlar Obamanın müsəlman olduğunu iddia edirlər. ABŞ prezidentinin məscidlərdə çəkilmiş fotoları bu baxımdan diqqətçəkəndir. Lakin Ag Ev rəhbərinin özü bununla bağlı deyilənləri rəsmi şəkildə təsdiqləməyib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm