Bilgi.az
Mədəsində nələr yoxdu - qəpik, mismar, batareya... - VİDEO/FOTO
Hindistanda yaşayan kişi mədə ağrısından həkimə müraciət edəndə, tibb işçiləri onun zəhərlənməsindən və ya mədə yarasından şübhələnib. Lakin onlar daha dəhşətli faktla qarşılaşacaqlarını ağıllarına da gətirməyiblər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı Rajpal Sinqx adlı şəxs düz 3 il müddətində 140 qəpik, 150 mismar, ovuc dolusu qayka, bolt və batareya udub.
Bu azmış kimi kişinin mədəsindən şurup və maqnitlər də tapılıb. Həkimlər yad metal cisimləri endoskopiya müayinəsi zamanı aşkar ediblər.
Hindistanın Pəncab ştatından olan Sinqxin sözlərinə görə, depressiyaya düşdükdən sonra onda qəribə vərdiş yaranıb. Metal cisimləri udmaq Sinqxə rahatlıq gətirib. O deyib: "Mən qəpik və metalları meyvə şirəsi və südlə qəbul edirdim. Həkimlərin sözlərinə görə, iti cisimlər bağırsaqlarımı deşə bilər və mən hər an ölə bilərəm. Əməliyyatdan sonra özümü rahat hiss edirəm. O vərdişləri bir daha təkrar etməyəcəm".
Maraqlısı odur ki, Sinqx mədə ağrılarının metal cisimlər ucbatından baş verdiyinə şübhələnməyib. O, mədəsindəki çarəni tapmaq üçün bir çox həkimlərə müraciət edib. Lakin heç kim onun dərdinə dərman tapa bilməyib. Yalnız bir qastroloq onun mədəsindəki metal cisimləri aşkarlayıb. 9 saat davam edən əməliyyatdan sonra onun mədəsindən yad cisimlər götürülüb, lakin onların bir hissəsi qaldığı üçün o yenidən əməliyyat olunacaq.
Həkimin sözlərinə görə, Sinqxin orqanizmi zəif olduğu üçün cisimlər birdəfəlik götürülə bilməz. Onun mədəsinin tam təmizlənməsi üçün 7 gün ərzində yenidən əməliyyat edilməlidir. Hazırda onun mədəsindən 350 qəpik toplanıb.
Nura
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...