Bürclərin sevgi münasibətlərinə təsiri
Bizi izləyin

Bilgi.az

Bürclərin sevgi münasibətlərinə təsiri

Hər kişi sevgi münasibətlərində fərqli görünməyə çalışır. Bəs onlar doğrudan da, fərqlidirlərmi?

Əslinə baxsaq, kişilərin qadınlarla münasibətləri onların hansı ayda və ildə doğulmasından, qısa desək, bürclərindən asılıdır.

Publika.az bürclərin kişilərin sevgi münasibətlərinə təsirini araşdırıb və maraqlı məlumatlar əldə edib:

Qoç bürcünün kişiləri: Qoç bürcünün kişiləri bir xanımdan həqiqətən xoşlanıblarsa, onun qəlbini fəth edə bilmək üçün hər oyundan çıxırlar: çiçəklər alır, romantik jestlər edir, nəzakətli rəftarı ilə xanımın rəğbətini qazanmağa çalışırlar.

Ancaq bəzi məsələlərdə tələsik davranırlar. Məsələn, eyş-işrətə olan həvəslərini daha tez bəlli etmələri münasibətlərdə, adətən, onlara problem yaradır.

Sevgisi bitəndə çıxıb getmək üçün hiyləgərcəsinə əlverişli fürsətin gəlməsini gözləyirlər. Əlinə fürsət düşəndə min bir hiylə ilə əldə etdiyi sevgisini sakitcə tərk edir. Bununla da kifayətlənməyərək sevgilisi barədə xoş olmayan fikirlər səsləndirir. Odur ki, sevgiliniz bir Qoçdursa, həm arxanızdan, həm üzünüzə ağır cümlələr deyə bilər.

Buğa bürcünün kişiləri: Gizli qatil tipində kişilərdir. Səssiz, normal görünüşlü, zərərsiz görünsə də, əsəbiləşəndə yaşadıqlarınızı heçə sayır. Bu zaman hətta ən kiçik səhvinizi belə şişirdərək üzünüzə vura bilərlər. Özünə əmin, çalışqan qadınlarla yola gedə bilmirlər.

Analarına olan bağlılığı və qənaətcilliyi də insanı hövsələdən çıxarır.

Əkizlər bürcünün kişiləri: Əkizlər bürcünün kişiləri aşiq olanda sevdiyi xanımın xoşuna gəlmək üçün əlindən gələn fədakarlığı edir. Ancaq həddindən artıq qısqanc olması münasibətlərdə problem yaradır. Buna görə də bütün idarəçiliyi onun öhdəsinə verməməyə çalışın. Çünki bundan sui-istifadə edə bilərlər. Çox ağıllı insan olurlar, amma hiyləgərlikləri bir addım daha öndədir.

Xərçəng bürcünün kişiləri: Adətən, xərçəng bürcünün kişiləri ilə qadınlar arasında ciddi problem yaşanmır. Sürprizlər, romantik jestlər, gül dəstələri hədiyyə etmək onlara xas hərəkətlər deyil. Uzaqdan sakit, səssiz, məsum görünən kişilərin çoxu xərçəng bürcündən olur. Ancaq göründükləri qədər təhlükəsiz deyillər. Lazım olduğundan artıq qısqanc, həddindən artıq həssas xüsusiyyətlərə malikdir. Onlarla evlənməzdən əvvəl iki dəfə düşünün.

Şir bürcünün kişiləri: Səliqəli, dəbli, baxımlı bir kişi görəndə, bilin ki, 90 faiz şir bürcündəndir. Çəkiciliyi, baxımlı olması, ağıllı cavabları ilə qızları yoldan çıxara bilər. Lakin bu bürcün kişilərinin insanlara qarşı qərəzli və təkəbbürlü olmasını unutmamaq lazımdır. Həddindən artıq qısqanc olduğunu bəlli etməsə də, sevdiyi qadını istənilən halda qoruyur. 7/24 saat sevdiyi xanımla söhbət etmək, yanında olmaq istəyir. Tez bağlanır, tez də unudur.

Qız bürcünün kişiləri: Bu bürcün kişiləri həm kinli olur, həm hər şeyi bildiyini zənn edir, həm də özündən tez çıxırlar. Pis insan deyillər, lakin bəzi hərəkətləri ilə insanı özündən çıxmağı yaxşı bacarırlar. Hər şeyin tərtəmiz olmasını tələb edir. Gecikən adamları sevmirlər. Ömrünüzün sonuna kimi onlarla yaşamaq istəyirsinizsə, təmkinli və səbirli olmalısınız.

Tərəzi bürcünün kişiləri: Mülayim, qadınlarla xoş, son dərəcə nəzakətli rəftar edən bir kişi görəndə bilin ki, Tərəzi bürcündəndir. Romantik, yola gedən, səbirli davranışları ilə hər bir xanımı özünə, hətta istəmədən belə ovsunlamaq qabiliyyətinə malikdir. Ancaq özlərinə qarşı hədsiz diqqət tələb edirlər. Aranızda mübahisələr düşəndə haqsız olduğunu başa düşsə belə, üzr istəmir.

Əqrəb bürcünün kişiləri: Əqrəb bürcünün kişiləri çox xarizmatik olurlar. 6-cı hissi çox qüvvətlidir, yaxşı dostdur. Bir qadına həqiqətən də vurulubsa, bacardığı qədər onu incitməməyə çalışırlar. Ən ehtiraslı və şəhvətli bürc olması ilə yanaşı, həm də şəfqətli və xeyirxah xüsusiyyəti ilə seçilirlər.

Bu bürclərin ən pis xüsusiyyəti özünə qapanması, bir küncə çəkilib günlərlə səssiz olmağa üstünlük verməsidir. Bu cür hallarda sevdiyi xanımı bezdirə bilərlər. Onu əsəbiləşdirən insandan hər fürsətdə qisaslarını alırlar.

Oxatan bürcünün kişiləri: Bu bürcün kişiləri mədəni, vicdanlı, dostcanlı olurlar. Tapşırılan işləri məsuliyyətlə yerinə yetirirlər. Lakin hisslərini ifadə etməyi bacarmırlar.

Oğlaq bürcünün kişiləri: Əzmli, çox çalışqan, zəhmətkeş, zəngin kişilər, adətən, Oğlaq bürcündən olurlar. Çox ailəcanlı olsalar da, asanlıqla üzr istəmirlər, həddindən artıq kinli və kobud olurlar.

Dolça bürcünün kişiləri: Dolça bürcündən olan kişilər daim sirli və şübhəli hərəkətləri ilə diqqət çəkirlər. Özlərinə gərəkdiyindən artıq güvəndiklərindən heç kimi və heç nəyi veclərinə almırlar. Müstəqil olmağı xoşlasalar da, sədaqətli, keçmişdə baş verənlərə əhəmiyyət verməyən, yeniliyi sevən tiplərdir. Ondan gizli bir işə girişəndə, dərhal fərqinə varırlar. Dolça bürcünün kişiləri özləri ilə həmfikir olmayan insanlarla illərlə düşmən qala bilərlər.

Balıq bürcünün kişiləri: Son dərəcə təvazökar insan olurlar, bəzən özünəinamsızlığı sizi sıxa bilər. Lakin çox yumşaq qəlbli olduqları üçün heç kim onları incitmək istəmir. Mülayimliyi, xəyalpərəstliyi və romantikliyi ilə sizi özünə heyran edə bilərlər. Hər şeydən asanlıqla təsirlənib tez-tez depressiyaya düşürlər. Ehtiraslı yataq ortağınız olmaya bilər. Amma sakit, hüzurlu həyat arzulayırsınızsa, onlardan yaxşısını tapa bilməzsiniz. Ancaq onların da mənfi cəhətləri yox deyil. Belə ki, çəkingən və küsəyən xüsusiyyətləri ilə tərəf müqabilini bəzən bezdirə bilirlər.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm