Hitlerin son dəqiqələri - FOTO
Bizi izləyin

Bilgi.az

Hitlerin son dəqiqələri - FOTO

"Sizə daha yaxşı vida hədiyyəsi verə bilmədiyim üçün üzr istəyirəm".

Axar.az xəbər verir ki, bu sözlər Üçüncü Reyxin Füreri haqqında yeni dərc olunmuş "Hitlerin son günü: dəqiqəbədəqiqə" (Conathan Mayo və Emma Kreyq) kitabında onun dilindən verilib. Kitab Fürerin son 24 saatının dəqiqəbədəqiqə təsvirindən ibarətdir. 70 il bundan öncə şənbə günü Hitlerin Yeva ilə nikahından tutmuş, dialoqlarına, intiharına qədər hər şey sözügedən kitabda yer alıb.

Bəzi parçaları təqdim edirik:

Saat 7, Bazar günü, 29 aprel, 1945-ci il

Berlin əhalisi gizləndiyi bunkerləri tərk edib ərzaq axtarışına çıxırlar.

16 yaşlı Armin Lehmann "Hitler Gəncliyi"ndə fəaliyyət göstərən kuryer idi. Sıravi vətəndaşlarla tez-tez ünsiyyətdə olan Armin sadə xalqın müharibənin sonunda hansı əziyyətlərə qatlaşdığını öz gözü ilə görürdü. Bazar günü bunker ətrafında gəzişən Arminin sözlərinə görə, o, saat yeddi radələrində küçədə atın üstündə bir-birinə bıçaqla xəsarət yetirməyə çalışan iki adam görür. Onun sözlərinə görə, adamların birinin qəlpə yarası da var idi...

Saat 10

"Hitler Gəncliyi"nin başqa bir üzvü bunkerdəkilərə xəbər verir ki, rus tankları Reyxin dəftərxanasından 500 metr məsafədədirlər.

10.30

Bunkerin yuxarısında öz ofisində oturan general Krebs telefonla bunkerə zəng vurur və Almaniya ordusunun bütün cəbhələrdə məğlubiyyətə düçar olduğunu bildirir. Lakin qəflətən telefon zəngi kəsilir: atılan bombalardan biri telefon rabitəsi mərkəzini məhv edir...

Berlinlə bütün dünya arasında mövcud olan telefon rabitəsi məhv olur. Bundan sonra "Hitler Gəncliyi"nin üzvləri öz həyatlarını riskə atıb bunkerdən Berlinin müxtəlif ərazilərinə ordudan və bunkerdən gələn mesajları çatdırmaq məcburiyyətində qalırlar...

"Bu, kabus idi... Etdiklərimiz rus ruletini xatırladırdı", – 16 yaşlı Armin Lehmann xatırlayır: "Ən yaxşı halda biz fosfor tüstüsü və ya zəhərli benzinlə boğulacaqdıq, ən pis halda isə rus raketlərinin altında qalacaqdıq. Vilgelmştrasse yanmış bədənlərin qoxusuna bürünmüşdü..."

11:00

"Şənbə günü bizim səhərimiz Fürerlə Yevanın intihar öncəsi nikahı münasibətilə tostlar deməklə başladı".

...Hitlerin kamerdineri Heinz Linge onun balaca yataq otağının qapısını döyür. Son altı ildə Hitlerin geyinməyinə kömək etmək Heinzin vəzifəsinin bir parçasına çevrilmişdi. Təkrarlanan işlər hər gün eyni idi. Amma şənbə günü başqa cür başlamışdı. Heinz otağa daxil olanda Fürer öz yatağında paltarla uzanmışdı. Heinzi görəndə o, ayağa qalxıb güzgünün önünə keçir. Onu narahat edən sağ gözünün ağrılarından danışmağa başlayır. Son doqquz il ərzində Fürerin ilk dəfə idi ki, şəxsi həkimi yanında yox idi. Bir həftə bundan əvvəl Hitler öz həkimi Teodor Morellə qəzəblənib onu Berlinə qovsa da həkiminin köhnə tapşırıqlarına hələ də əməl edir, gündə 28 fərqli dərman qəbul edir, iynə vurdururdu. Çünki o, uzun müddətdir ki, Parkinson xəstəliyindən, ürək, göz və baş ağrılarından əziyyət çəkirdi. Buna baxmayaraq o, son günlərini hər kəsdən çox sevimli iti Blondi ilə keçirir, onunla xüsusi nəvazişlə oynayırdı.

11.45

Jozef və Maqda Göbbelslərin altı uşağı dəhlizdə oynayırdı. Onlar bunkeri "mağara" adlandırırdılar. Bir neçə saatdan sonra başlarına gələcək müsibətdən xəbərsiz olan uşaqlar Hitlerin katibəsi xanım Traudlla oynayır, mahnılar oxuyurdular. Traudl o günü belə xatırlayır: "Yalnız uşaqlardan ən böyüyü Helqa bəzən məyus görünürdü. Yəqin ki, o, nəyisə hiss edirdi. O, olduqca səssiz idi və ürkək baxışlarla baxırdı. Məncə o, hər şeyi çox gözəl dərk edirdi..."

13:00

Hitler Yeva Braun və iki katibəsinin əhatəsində nahar edir. Onlar artıq bir neçə saat əvvəl evləniblər. Hitler 1942-ci ilin payızından – Stalinqrad döyüşü start götürəndən – iki katibəsi ilə nahar edirdi.

Nahar vaxtı Hitler Yeva ilə intihardan danışmağa başlayır: "Mən heç vaxt düşmən əlinə keçməyi düşünmürəm. Hətta öldükdən sonra cəsədimi də basdırmaqlarını tapşırmışam. Qoy heç cəsədimi də tapmasınlar".

Bundan sonra Fürer Yevaya üzünü tutur və deyir: "Ən yaxşısı silahla ağızdan atəş açmaqdır. Kəllə sümüyü parça-parça olur və sən heç nə hiss etmirsən. Belə ölüm çox ani olur".

Yeva dəhşətə gəlir: "Mən gözəl cəsəd olmaq istəyirəm... Mən zəhərlə ölmək istəyirəm", – bunu deyəndən sonra balaca qutu çıxarıb bizə (katibələrə. – red.) göstərdi: "Ümidvaram ki, çox ağrılı olmayacaq. Mən qəhrəmancasına ölməyə hazıram, amma ağrısız ölmək istəyirəm".

Hitler ona təskinlik verirmiş kimi cavab verir: "Narahat olma, tənəffüs və sinir sistemləri bir neçə saniyədən sonra sıradan çıxır".

Daha sonra üzünü katibələrə tutub deyir: "Bunları isə siz götürün. Ruslar yaxınlaşanda imdadınıza çatar. Sizə daha yaxşı vida hədiyyəsi verə bilmədiyim üçün üzr istəyirəm".

07:00

Yeva sonuncu dəfə günəşi görmək üçün bunkerin bağçasına çıxır. Bağça düşmən bombaları, ətrafa yayılan tüstü və müxtəlif zəhərli qazlardan məhv olub.

Yarım saat sonra Fürer də bağçaya çıxır və ətrafa göz gəzdirir. Bir neçə saniyə sonra bunkerin qapısına yaxınlaşıb yenidən içəri qayıdır.

Bir neçə dəqiqə sonra Hitlerin otağından açılan atəş bütün bunkerdə əks-səda verir. Və bu əks-səda bütün dünyaya yayılır...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm