Bilgi.az
Hollandiyalı tələbələr buzdan 50 metrlik körpü düzəldəcəklər
Eyndhoven Texniki Universitetinin tələbələri bu ilin əvvəlində buzdan Müqəddəs Ailə Kilsəsinin dəqiq surətini yaradıblar. Sonra onlar Leonardo da Vinçinin layihələndirdiyi körpüyə diqqət yetiriblər. İşlər uğurla getsə, bu, buzdan düzəldilmiş ən uzun viaduk olacaq.
Ən uzun obyekt üçün indiki rekord "Structural Ice" proqramı çərçivəsində işlənmiş birinci layihəyə aiddir. 2014-cü ildə buzdan inşa edilən günbəzli evin aşırımı 30 metrdir. L. da Vinçinin buz körpüsünün aşırımının uzunluğu 50 metrə bərabər olacaq.
Paykerit taxtı kəpək, yaxud kağız lif və struktur buz layihələrinin inşasında istifadə olunan su tərkibli buzdan ibarət kompozit materialdır. Deyilənə görə, o, adi buzdan üç dəfə möhkəm və xeyli sərtdir. Bu layihələr müvəqqəti tikililərin inşasında inşaat materialı kimi paykeritdən istifadə etməyin mümkün olduğunu göstərmək məqsədi daşıyır.
Layihənin müəllifi və Eyndhoven Texniki Universitetininmüəllimi Arno Pronkun fikrincə, Arktika regionlarında müvəqqəti yolların tikintisində paykeritdən istifadə etmək olar.
Nəzərdə tutulan körpü 1502-ci ildə İstanbul üçün layihələndirilib, lakin tikilməyib. Buz körpünün tikintisinə bu ilin dekabrında başlanacaq. İnşaat işlərini 2016-cı ilin ortalarına qədər başa çatdırmaq nəzərdə tutulur. Tikintidə müxtəlif universitetlərdən təqribən 100 tələbə və könüllülər iştirak edəcək.
Körpü nazik su təbəqələrinin və qarın xüsusi formaya doldurulması yolu ilə inşa ediləcək. Dondurulduqdan sonra üstü qar və paykerit təbəqəsi örtüləcək. Bu proses gecə-gündüz davam edəcək. Başa çatandan sonra körpünün ümumi uzunluğu 100 metr olacaq. Pronkun sözlərinə görə, bu körpü minik avtomobilinə davam gətirmək iqtidarında olacaq.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...