Kannda “selfie” çəkmək qadağan ediləcək
Bizi izləyin

Bilgi.az

Kannda “selfie” çəkmək qadağan ediləcək

Mayın 24-də baş tutacaq Kann film festivalıyla bağlı yayılan son xəbərlər hər kəsi təəccübləndirib. Belə ki, bu il Kann film festivalında "selfie" çəkməyin qadağan ediləcəyi açıqlanıb.

Publika.az xəbər verir ki, festivalın təşkilatçıları verdikləri qərarı ulduzların narazılığı ilə izah ediblər. Belə ki, qırmızı xalı və pilləkənlərdə çəkilən özçəkimlərdə çoxları gülməli vəziyyətdə düşür. Şəkil çəkilməsinin fərqində olmadan "selfie"lərin arxa fonunda səliqəsiz görünən ulduzlar bundan narahat olur. Hətta sonradan festivalın təşkilatçılarına zəng edərək narazılıqlarını bildirirlər.

Buna baxmayaraq, səlahiyyətlilər ulduzların "selfie" çəkmələrinə necə əngəl olacaqlarını açıqlamayıblar.

Qeyd edək ki, hər il kinosevərlərin maraqla gözlədikləri festival, xüsusilə, qırmızı xalı mərasimi ilə yadda qalır və həftələrlə müzakirə edilir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm