Xərçəng: Sınanılmış əməliyyatsız xilas yolu
Bizi izləyin

Bilgi.az

Xərçəng: Sınanılmış əməliyyatsız xilas yolu

Bu yaxınlarda bir həkim-stomatoloq xanımla tanış olduq. Onun iyirmi yaşlı oğlu onurğa beyni xərçənginin dördüncü mərhələsini yaşayıb. Metastazlar artıq beyinə daxil olubmuş. Çünki şiş onurğa və baş beyində olub. Həkimə müraciət edəndə isə artıq gec imiş. Həkimlər deyib ki, ediləsi bir şey yoxdur və İlya bir həftədən çox yaşaya bilməyəcək.

Anası danışır ki, o, hərəkət edə, gəzə bilmir, bütün günü uzanırdı. Çəkisi 40 kiloqrama enmişdi. Onda anası Olqa Mixaylovna oğlunu öz metodları ilə müalicə etmək qərarına gəlir. Əvvəlcə bədənində təmizləmə proseslərinə (klizma) başlayırlar: klizma mayesi belə hazırlanır: iki litr suya bir stəkan çuğundur şirəsi, 1 qaşıq limon suyu əlavə edir və 10 gün ərzində gündə iki dəfə olmaqla prosedura davam etdirir. Bu proses zamanı İlya heç nə yemir, ancaq bir az su içir.

Aclığını sovuşdurmaq üçün anası İlyaya yarım stəkan portağal şirəsi, alma, kivi kimi meyvələr, bir müddət sonra isə kartof püresi verir. Növbəti üç ay İlya meyvə, bitki yağı əlavə edilmiş qaynadılmış tərəvəzlər yeməyə başlayır. Bu metoddan istifadə etməklə İlyanın vəziyyəti yaxşılaşmağa, çəkisi artmağa başlayır.

Bir gün gənc televiziyada "Aleksey Martınovla şam yeməyi" verilişini görür. Verilişə baxandan sonra öyrənir ki, yalnız çiy ərzaqlardan ibarət qidalanma sistemi mövcuddur. Bundan sonra o, ərzaqları çiy yemək qərarına gəlir. Lakin bu, göründüyü qədər asan olmur. İlya anlayır ki, bişirilən ərzaqlar emosional və fiziki bağlılıq yaradır. O, tez-tez qaynadılmış yeməklər yesə də, sonda yenidən çiy yeməklərə qayıtmaq qərarına gəlir.

Hazırda o bir ilə yaxındır ki, yalnız çiy yeməklərlə qidalanır. Nəticədə onun səhhəti get-gedə yaxşılaşıb və çəkisi 78 kiloqrama çatıb.

İlya yenidən universitetə daxil olub və təhsil almağa başlayıb. İndi bu sağlam görünüşlü gəncə baxanda heç kimin ağlına gəlmir ki, o, xərçəng xəstəliyinin sonuncu mərhələsindədir. Anası Olqa Mixaylovna öz şəxsi təcrübəsinə əsaslanaraq bir çox xərçəng xəstəsinin həyatını məsləhətləri ilə xilas edib. Xanım Olqa xərçəng xəstəliyindən əziyyət çəkən şəxslərə yüksək proteinli qidalardan imtina etməyi tövsiyə edir: süd, ət, yumurta, balıq, paxlalı bitkilər və sairə. Onların yerinə isə meyvə-tərəvəz yeməyi məsləhət görür – qaynadılmış olması arzuolunandır. Olqanın sözlərinə görə, bu müalicə tipli proseduru minimum 5 il davam etdirmək lazımdır və heç bir şərtlə pozmaq olmaz. Xanım Olqa bu xəstəliyin sağalmayacağı ilə bağlı fikirlərdən birmənalı şəkildə uzaq durulmalı olduğunu da xüsusilə vurğulayır.

Aşağıda xərçəng şişləri ilə mübarizədə İlyaya kömək edən yol təqdim olunub:

Xərçəng əleyhinə həkim Moermanın pəhriz cədvəli:

Zaman keçdikcə xərçəng xəstəliyi, təəssüf ki, bütün dünyada artan xətlə inkişaf edir. Problem aktuallaşdıqca müalicəsinin tapılması üçün aparılan araşdırma və tədqiqatlar da genişlənir. Xərçəngin tibbi müalicəvi üsulları ilə yanaşı, həm də qeyri-ənənəvi müalicə üsulları da mövcuddur. Müalicə üsullarının çoxu özündə xüsusi qidalanma qaydalarını birləşdirir. Bu müalicə üsullarına Reviçin, Qersonun, Broysun, Nişinin, Qoulerin, Şatalovanın, Qrinizeyşnın və digərlərinin müalicə üsulları misal göstərilə bilər. Adıçəkilən metodlar əsasən vegetarian qidalanmanı özündə birləşdirir. Xərçəngə qarşı ən güclü və effektiv metodlardan biri də Moerman metodudur. Moerman pəhrizi dünyada kifayət qədər məşhurdur. Həkim Moerman XX əsrdə Hollandiyada yaşayıb və 96 yaşında vəfat edib. Moerman onlarla insanın xərçəngdən sağalmasına köməklik göstərib. Həkim Moermanın apardığı araşdırmaya əsasən məlum olub ki, onun pəhrizindən istifadə edən 150 xəstədən 115-i tamamilə sağalıb. Uğurlu nəticələrinə baxmayaraq, Moerman metodu dərhal qəbul olunmayıb. Bir çox alimlər Moermanın metodunu olduqca sadə olduğu üçün qəbul etmək istəmirdilər: pəhrizdə asanlıqla tapıla bilən ərzaqlardan istifadə olunur, metod çətin və yorucu deyil. Lakin Moerman ən çətin onkoloji xəstəliklərdən əziyyət çəkənləri sağaldaraq öz üsulunun yararlı olduğunu sübuta yetirdi.

Moerman üsulu 1987-ci ildə Hollandiya Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib.

Moerman metodunun insan orqanizminə nə kimi faydaları var? Sözügedən pəhriz nəticəsində insanın immunitet sistemi güclənir və maddələr mübadiləsi stabilləşir. Bunun əsas səbəbi isə daha çox təbii ərzaqlarla qidalanmadır. Təbii ki, sözügedən qidalanma müntəzəm olmalıdır: tərəvəzlər, meyvələr, təbii şirələr, göyərtilər...

İndi isə xərçəng xəstələri üçün nəzərdə tutulmuş Moerman sistemi ilə yaxından tanış olaq:

Səhər yeməyi:

İki portağal və limondan hazırlanmış meyvə şirəsi, buğda unundan hazırlanmış çörək. Bu səhər yeməyini yulaf əzməsi və yaşıl çayla da əvəz etmək olar. İkinci səhər yeməyi: almalı-çuğundurlu şirə və meyvələr.

Günorta yeməyi:

Sıyıq, buxarda bişirilmiş tərəvəz, bitki yağı, salat və meyvələr.

Həmçinin buxarda hazırlanmış kartof, yaşıl noxud, cəfəri, kələm də yemək olar. Alma, portağal, limon, kök, çuğundurdan hazırlanmış təbii şirələr içmək olar.

Bunları yemək və içmək tövsiyə olunmur:

1. Paxlalı tərəvəzlər.

2. Tünd çay və ya qəhvə.

3. Makaron, keks və şirniyyatlar, biskvitlər, ağ çörək.

4. Ət və piy. Toyuq və ya ət bulyonu.

5. Şəkər tozu.

6. Balıq, molyusklar.

7. Süd məhsulları: yağlı pendir, süd, marqarin.

8. Yumurta.

9. Göbələk və göbələk bulyonu.

10. Yağ.

11. Konservlər.

12. Alkoqol.

13. Xörək duzu.

14. Tütün.

Moerman metodu artıq dünya həkimləri tərəfindən qəbul olunur və çoxsaylı xəstələrə sağalmaqda köməklik göstərir. Moerman metodunu təbliğ edən assosiasiya Hollandiyada yaradılıb və on mindən çox üzvü var.

Şatalova üsulu

Şatalova fəlsəfəsinin əsasında bioloji enerji durur. Onun da əsasını günəş enerjisi təşkil edir. Orqanizmə kalorilər lazım deyil. Əgər bitkilərdə bu aktiv molekullar 100 faizdirsə, ətdə yalnız 10 faizdir. "Ölü ərzaqlar"da isə – un, kraxmal, sublimat, şəkər – mənfi birə bərabərdir. Əgər məhsulun tərkibində zərərli maddə də varsa, bu, əməlli-başlı təhlükə mənbəyidir.

Faydalı yeməklərin siyahısı:

Bitki və meyvələr (özündə Günəş enerjisini cəmlədiyi üçün) təzə süd və təzə yumurta (həyati enerji daşıdığı üçün).

Orqanizm bu sadalanan ərzaqlardan daha çox enerji alır. Müalicə dövründə faydası və enerjisi olmayan ərzaqlar ziyanlı hesab olunur. Özündə Günəş və həyat enerjisi əks etdirməyən bütün ərzaqlar faydasız və bilavasitə ziyanlı hesab olunur: balıq, göbələk, pendirlər, ət, qızardılmış bütün yeməklər. Bu sadalananları yedikdə orqanizm onları həll edə bilmək üçün enerji sərf edir. Ağ çörəyin də ziyanlı olduğunu vurğulamaq lazımdır. Qalina Sergeyevna hesab edir ki, ağ çörək ən təhlükəli qidadır. Onun sözlərinə görə, yemək "canlı" olmalıdır və asanlıqla orqanizmdə həzm edilməlidir.

Bütün canlı hüceyrələr qoruyucu lisozoma sahibdir. Hüceyrə məhv olanda və ya başqası ilə əvəz olunanda lisozomlar işə düşür. Lisozomlar olmasa, yeyilən yeməklər həzm oluna bilməz, bədən cavan qala bilməz. Ən rahat həzm olunan yeməklər isə nisbətən "canlı" olan məhsullardır. Şəkəri, unu və yağları həzm etmək isə orqanizm üçün çətindir və xüsusi enerji tələb edir.

Məsələn, kimyəvi stabilliyini itirən məhsul zərərli hesab olunur. Buna görə də fabrik istehsalı ərzaqlardan uzaq durmaq lazımdır. Çünki məhsul "canlılığını" itirdikdən sonra birbaşa təhlükə mənbəyinə çevrilir.

Yemək bişirəndə yalnız bir dəfə bişirmək lazımdır. Heç bir tədarük etməkdən söhbət gedə bilməz. Yemək hazırlayarkən yağdan, ümumiyyətlə, uzaq durmaq lazımdır. Yalnız çox vacib hallarda bitki yağından istifadə etmək olar.

Yeyilən ərzaqlar mövsümi olmalıdır. Yazda daha çox göyərti, yayda daha çox tərəvəz, qışda yarma, balqabaq, qırmızı turp.

Şatalovanın sözlərinə görə, ən çox enerji tələb edən işi görmək üçün 800-1000 k.kalolri lazım olur. Bunun, təxminən, 600-800-ü "canlı" ərzaqlarla qazanıla bilər. Yerdə qalanı isə bədəndəki mübadilələr, həzm prosesi və digər proseslər nəticəsində qazanılır.

Qurzon metodu

İki litr suya bir stəkan çuğundur, bir xörək qaşığı limon suyu əlavə olunur. Gündə bir və ya iki dəfə içilir.

Səhər yeməyi:

6.00 – kök şirəsi.

6.30 – 115 qram distillə edilmiş su.

7.00 – 115 qram limonlu su.

7.30 – 115 qram distillə edilmiş su.

8.00 – 11 qram kök şirəsi.

Bunları beş dəfə təkrar etdikdən sonra limonlu suyu hansısa tərəvəz və ya meyvə şirəsi ilə əvəz etmək tövsiyə olunur.

Saat 20.00-da kök şirəsi ilə prosesə son qoyulur. Yeddi gün ərzində yuxarıda göstərilən prosesi axsatmadan təkrarlamaq lazımdır. Təbii şirələri bəzən başqa meyvə və ya tərəvəz şirəsi ilə əvəz etmək olar, amma kök şirəsindən başqa. Çünki gün ərzində 850 qram kök şirəsi qəbul etmək vacibdir. Qeyd edək ki, şirələrə şəkər qatmaq olmaz. Gündə 2-3 dəfə duş qəbul etmək, gəzintiyə çıxmaq lazımdır. Pəhrizi ən azı bir il davam etdirmək lazımdır. Beş ilə qədər uzadılması arzuolunandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm