Dünyanın ən böyük bayrağı hazırlandı - FOTO
Bizi izləyin

Bilgi.az

Dünyanın ən böyük bayrağı hazırlandı - FOTO

Tunisdə dünyanın ən böyük dövlət bayrağı hazırlanıb.

19 futbol meydançası boyda olan nəhəng bayrağı nümayiş etdirmək üçün xüsusi olaraq Tunis şəhərinin cənubundakı Ong Jmel səhrası seçilib.

Bu münasibətlə keçirilən tədbirə minlərlə tunisli və xarici turist qatılıb. Ağ və qırmızı rəngli bayrağın ümumi sahəsi 104.544 kvadratmetrdir. Bayraq 80 kilometrlik parçadan hazırlanıb, ümumi çəkisi 12,6 tondur.

Tunislilər dövlət bayraqlarının Ginnesin Rekordlar kitabına düşəcəyinə əmindirlər. (AZƏRTAC)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm