Bilgi.az
ŞOK: Ölümü saqqızdan oldu
Uelsin Llanelli şəhərində 2011-ci ildə uzun müddət baş ağrısından şikayət etdikdən sonra dünyasını dəyişən qızın ölümünün əsl səbəbi açıqlanıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, 19 yaşındakı Samanta Levisin saqqız çeynəmə vərdişinin qurbanı olduğu bildirilir.
Ailəsinin gənc qızın "təbii səbəblər"lə öldüyü barədə mütəxəssis rəyi ilə razılaşmamasından sonra Suonsi məhkəməsi istintaqa başlayıb. Qızın cəsədi yarılıb və mədəsində saqqızdan ibarət böyük kütlələr aşkarlanıb. Bildirilib ki, saqqız kütlələri əhəmiyyətli mineral və vitaminlərin bədənə yayılmasının qarşısını alıb və bu da ölümün səbəbi olub.
Levisin 45 yaşındakı anası Mariya Morqan məhkəmədə verdiyi ifadəsində qızının gündə ən az 14 ədəd "Trident" markalı saqqızı çeynəyərək udduğunu deyib. "Ölümündən sonra qızımın əşyalarını araşdırdım, hər yerdə saqqız paketləri və saqqız aldığını göstərən qəbzlər tapdım", - anası qeyd edib.
İstintaqda ifadə verən patoloq gənc qızın duz, maqnezium və kalsium çatışmazlığı səbəbilə beynində yaranan şiş nəticəsində öldüyünü söyləyib. Bu vaxta kimi heç kimin saqqız çeynədiyi üçün ölmədiyini deyən mütəxəssis saqqızdan istifadənin ölüm səbəbləri arasında olduğunu vurğulayıb.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...