Yerdən çıxan mebellər - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yerdən çıxan mebellər - FOTOLAR

Britaniyalı iş adamı təbii mebel yetişdirir.

Trend xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyadan olan Qevin Manro 9 il əvvəl mebel yetişdirilməsi ilə məşğul olan "Full Grown" şirkətini təsis edib.

Onun üsulu çox sadədir – növcavan ağacların ucları kəsilir və budaqlar bir-birinə bağlanır. Böyümə prosesində budaqlar birləşərək vahid konstruksiya yaradır. Nəticədə təbii mebel alınır. Məsələn, seçilmiş ağacın növündən asılı olaraq stulun istehsalı 2 ildən 4 ilə qədər vaxt alır.

Əvvəlcə ağacın özəyinin bərkiməsinə imkan verilir, daha sonra o, karkasdan çıxarılır. Bundan sonra ona uyğun rəng seçilir. Q.Manro 9 il əvvəl 3 min ağac əkib. Hazırda mebel fabriki 400 mebel əşyası yetişdirir. Hər il 50 ədəd hazır məhsul istehsal edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm