Vaxtilə Yer kürəsini iki Günəş işıqlandırırmış
Bizi izləyin

Bilgi.az

Vaxtilə Yer kürəsini iki Günəş işıqlandırırmış

70 min il əvvəl Yeri iki Günəş işıqlandırırmış. Trend "Science & vie" jurnalına istinadən xəbər verir ki, 70 min əvvəl əcdadlarımız göy üzündə iki Günəş görürmüşlər. "Şolts ulduzu" adlanan ikinci Günəşi çox qısa zaman ərzində görmək mümkün imiş.

Onun görünmə müddəti göy üzündəki proseslərin gedişindən asılı imiş. Ulduzu yalnız onun səthində partlayışlar baş verən zaman görmək mümkün idi.

Bu qırmızı göy cisminə onu 2013-cü ildə kəşf etmiş alim Ralf Diter Şoltsun adı verilib. O zamandan bəri bu göy cismi alimlərin daim nəzarəti altındadır.

Hazırda "Şolts ulduzu" Günəşdən böyük sürətlə uzaqlaşır. O, Yer kürəsindən 19 işıq ili məsafədə yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm