Çörəkdən, pendirdən, konfetdən landşaftlar - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Çörəkdən, pendirdən, konfetdən landşaftlar - FOTOLAR

Bunlar peyzaj yox, çörəkdən, pendirdən, konfetdən landşaftlardır - FOTOLAR

Onun adı Karl Uornerdir. Çoxmilyonlu Britaniyanın paytaxtı London sakinidir. Adi vətəndaşlarından biridir. Lakin hamı kimi deyil. Belə ki, Karl Uorner İngiltərədə heç də hamının bacarmadığı işi həyata keçirir. Qeyri-adi istedada malik olan bu ingilis yeməklərdən müxtəlif landşaftlar hazırlayır. Onun hazırladığı bütün landşaftlar əsl qida məhsullarından tərtib edilir.

Karl bu məqsədlə pendir, balıq, yağ, çörək və digər ərzaq növlərindən istifadə edir. İstedadlı ingilis 25 il reklam biznesində işləyib. Yeməklərdən, qida növlərindən bu cür landşaftları hazırlamaq ona 25 ilə başa gəlib. O, öz əsərlərinə qarşı həddən artıq diqqətcildir, hətta məhsulları seçmək üçün çox fikirləşir və işıq effektinə də xüsusi önəm verir. Ən əsası budur ki, landşaftlar adi yemək masasını üzərində hazırlanır. Halbuki ilk baxışda biz bunların doğrudan da təbii peyzaj olduğunu düşünürük.

Publika.az istedadlı Karl Uornerin balıqdan, pendirdən, konfetdən, donuz piyindən, çörəkdən, tərəvəz növlərindən, əqrəbdən, ağ və qara şokoladdan, kələmdən, sarımsaqdan, salat növlərindən tərtib etdiyi landşaftları təqdim edir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm