Özü də bilmədən Olimpiya oyunlarında iştirak etdi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Özü də bilmədən Olimpiya oyunlarında iştirak etdi - FOTOLAR

Qadınların iştirakı ilk Olimpiya oyunları 1900-cü ildə Parisdə keçirilib. Qadınlar arasında yaxtada üzmə, tennis və qolf oyunları müsabiqəsi keçirilirdi.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qolf oyunları üzrə ilk dəfə 24 yaşlı amerikalı Marqaret İv Ebbot qalib gəlib. Marqaret həmçinin ilk amerikalı qadındır ki, Olimpiya oyunlarında iştirak edib. Belə ki, 1900-cü illərdə oyunlar pis təşkil olunduğu üçün idmançılar olimpiya oyunlarında iştirak etmələrindən xəbər tutmayıb. Məhz belə bir hadisə Marqaretin də başına gəlib.

O, incəsənət təhsili almaq üçün Parisə gəlib. Bir qədər əylənmək üçün Marqaret qolf oynamaq qərarına gəlib. Onun qolf oynadığı ərazidə isə həmin günü olimpiya oyunları keçirilirmiş. Qızın da olimpiya oyunlarının keçirildiyi əraziyə daxil olması və birbaşa oyunlarda iştirak etməsi haqda heç kim onu məlumatlandırmayıb.

Nəticədə, Marqaret oyunda qalib gəlib və hakimlərin əlindən çini çempionluq kuboku alıb (həmin illərdə qalibə qızıl medal verilmirdi). Bundna sora, Marqaret vətəni ABŞ-a qayıdıb.

Maraqlısı odur ki, Marqartelə birlikdə oyunlarda anası Meri Ebbot da da iştirak edib. Meri Ebbot həmin turnirdə 7-ci yerə layiq görülüb. Bu, olimpiya oyunlarında ana və qızın iştirak etdiyi ilk və son olimpiya oyunları olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm