Dünya liderlərinin maşınları - FOTO
Bizi izləyin

Bilgi.az

Dünya liderlərinin maşınları - FOTO

Dünyanın ən məşhur siyasətçilərinin çıxışları ilə yanaşı, onların şəxsi həyatından müxtəlif məqamlar da insanlar üçün hər zaman maraqlı olub. Bunlar sırasında dünya liderlərinin avtomobillərini misal göstərmək olar.

Axar.az bunu nəzərə alaraq, 7 dünya liderinin istifadə etdiyi xidməti avtomobillər haqqında məlumatı oxuculara təqdim edir:

Angela Merkel

Dünyanın ən nüfuzlu qadınlarından olan Almaniya kansleri ictimai və siyasət məsələlərində olduğu kimi, şəxsi həyatında da qənaətə üstünlük verir. Angela Merkel çoxmənzilli binada yaşayır və mərasimlərdə bir neçə dəfə eyni paltarda görünməkdən utanmır. Avtomobilinə gəldikdə isə kansler heç də onun üçün xüsusi yaradılmış limuzində deyil, Almaniyaya məxsus "Audi"də gəzir. "Audi"nin interyeri nisbətən lüks avtomobillərə bənzəyir. Bu maşının mobil ofis, həmçinin, mini barı da var.

Fransua Olland

Angela Merkeldən fərqli olaraq, Fransa Prezidenti Fransua Olland "Citroen DS5"-də gəzir. Olland öz inaqurasiya mərasiminə məhz bu maşında gəlmişdi. Fransua Ollanda qədər isə "Citroen DS5" eks-prezident Şarl de Qolla məxsus olmuşdu. Eks-lider hətta 1962-ci ildə bu avtomobildə hücuma məruz qalmışdı.

Barak Obama

ABŞ Prezidenti Barak Obama xidməti avtomobil kimi dəbdəbəli limuzin olan "Cadilac One"-dan istifadə edir. Bu avtomobilə "təkərlər üzərində olan oval ofis" də deyilir. Maşın qumbara partlayışına tab gətirə bilən gücləndirilmiş zirehə malikdir. Müxtəlif mənbələrə görə, maşının qiyməti 1 milyon dollara qədərdir.

Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin "Mercedes Pullman S600" avtomobilində gəzir. Bu avtomobilin uzunluğu 6 metrdən çoxdur. Təkərlər üzərində rahat ofislə təchiz olunan "Mercedes Pullman" kiçik silah və qumbara partlayışından qorunmaq imkanına malikdir. Həmçinin o, qəzanın önlənməsi və yanğının söndürülməsinə qarşı müdafiə sistemi ilə təchiz edilib. "Mercedes Pullman"ın qiyməti təxminən 1 milyon dollardır.

Devid Kemeron

İngiltərənin Baş naziri Devid Kemeronun xidməti avtomobili tünd göy rəngli "Jaguar XJ Sentinel"dir. Bu avtomobilin qiyməti 110 min dollar məbləğində dəyərləndirilir.

Si Çzinpin

Çinin dövlət başçısı Si Çzinpin Çin istehsalı olan "FAW Hong Qi HQE" limuzini ilə səfərlərini yerinə yetirir. Bu avtomobilin debütü 2009-cu ilin oktyabrında Çin Xalq Respublikası quruluşunun 60-cı ildönümündə baş verib. Ekspertlər maşının dəyərini 600 min dollardan 1,2 milyon dollara qədər qiymətləndirirlər.

Esixiko Noda

Yaponiya dünya avtomobil istehsalçıları arasında aparıcı ölkələrdən biridir. Bu səbəbdən Yaponiyanın Baş naziri Esixiko Nodanın yerli avtomobillərə üstünlük verməsində təəccüblü bir şey yoxdur. Onun qarajında iki xidməti maşını var. Onlardan biri "Toyota Century", digəri isə "Lexus LS 600h L"dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm