Bilgi.az
Robotlar imtahan verəcək
Yapon elm adamları Tokio Universitetinə daxil olmaq üçün imtahanı keçə biləcək təchizata və zəkaya sahib kompüter proqramı hazırlayıb.
Yaponiya Milli İnformasiya İnstitutundan Noriko Arainin rəhbərlik etdiyi layihə süni zəkanın insan beyninə keçib-keçə bilməyəcəyini araşdırır. Nəticələrinə görə də insanların daha fərqli araşdırma sahələrində işləri hədəflənir.
Kyodo xəbər agentliyinə danışan Arai "Əgər bütün cəmiyyət gələcəkdə bir dəyişmə ehtimalı görürsə , biz də ona görə hazırlıqlı olarıq " deyir.
"Bir robot Tokio Universitetinə daxil ola bilərmi?" adlı layihə 2011-ci ildə başlayıb.
Noriko Arai robotların insanlar qədər inkişaf etmiş səviyyəyə çata bilməməsi vəziyyətində də nəyin əskik olduğunun təsbit edilə biləcəyini və lazımlı texnologiyanın inkişaf etdirilə biləcəyini söyləyir.
Keçən il inkişaf etdirilən bir robot Yaponiyanın ən çətin universitet imtahanına oxşar bir imtahana girmiş, 50 faizə yaxın xal yığa bilmişdi.
İngilis "Observer" qəzetinə danışan Googlenin mühəndislik hissəsi müdiri Ray Kurzveil robotların insan zəkasını 2029 -ci ilə qədər geridə qoya biləcəyini söyləyib.
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət