Dünyanın ən qiymətli üzüyü – FOTO
Bizi izləyin

Bilgi.az

Dünyanın ən qiymətli üzüyü – FOTO

Dünyanın ən bahalı üzüyü İsveçrədə auksionda hərraca çıxarılıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, auksionda satılan üzüyün qiyməti rekord həddə çatıb. 25.59 karatlıq yaqut qaşlı üzük 30 milyon dollara (təxminən 40 milyon manata) satılıb.

İsveçrənin Cenevrə şəhərində yerləşən Sothebys Hərrac Evində ötən gün satılan üzük mətbuatın diqqətindən yayınmayıb. "The Sunrise Ruby" (Günəşin doğuşu) adlı 25.59 karatlıq yaqut üzüyün sahibinin adı hələ ki, açıqlanmır. Yaqut, beləliklə, almazdan sonra satılan ən dəyərli cavahirat olub.

Ən bahalı ikinci üzük isə "The Historic Pink" (Çəhrayı tarix) adını daşıyır. 8.72 karatlıq bu üzük 15.9 milyon dollara satılıb. Bu üzüyün, I Napoleonun qardaşı oğlu Mathilde Bonapartea aid olduğu güman edilir.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm