Dünyada ilk istiqanlı balıq aşkarlanıb
Bizi izləyin

Bilgi.az

Dünyada ilk istiqanlı balıq aşkarlanıb

ABŞ-ın atmosfer və okean tədqiqatlar üzrə milli idarəsinin alimləri ay balığının daxili orqanlarının daimi hərarətini ətraf mühitin temperaturundan beş dərəcə yuxarı saxlaya bildiyini aşkarlayıblar. Tədqiqatın nəticələri Science jurnalında dərc olunub.

Dənizin dərin qatlarında yaşayan ay balığı iki metrə qədər böyüyə bilir. Bu yırtıcı balıq həmcinsləri ilə müqayisədə daha cəlddir və çox sürətlə üzür.

Tədqiqatçılar balığın üzgəclərini daim hərəkət etdirdiyini və onun köməyi ilə bədən temperaturunu artırdığını müşahidə ediblər. Belə ki, hərəkət maddələr mübadiləsini sürətləndirir və bu zaman yaranan enerji istiliyə çevrilərək qan vasitəsilə bütün bədənə yayılır. Məhz buna görə də ay balığı soyuqqanlı həmcinslərindən fərqli olaraq daha sürətlə üzə bilir. Alimlərin sözlərinə görə, o, hələlik elmə məlum olan yeganə istiqanlı balıqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm