16 il hər gün şəklini çəkdi - VİDEO
Bizi izləyin

Bilgi.az

16 il hər gün şəklini çəkdi - VİDEO

Amerikalı rəssam Cey Key Keller 16 il ərzində hər gün özünün şəklini çəkib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, rəssam çəkilən şəkilləri slayd şəklində videoçarxda yerləşdirib.

Xronometraj 3,5 dəqiqə təşkil edib. Rəssam qeyd edib ki, o, sevgilisinin acığına 1998-ci ilin oktyabrından başlayaraq şəkillərini çəkməyə başlayıb. Sevgilisi onu bahalı rəqəmsal fotokamera aldığı üçün tənqid edib. Buna görə sevgilisindən ayrılaraq şəkillərini çəkməyə başlayıb.

Onun sözlərinə görə, nə qədər ki, sağdır, öz şəklini çəkməyə davam edəcək. Rəssam şəkillərinin yer aldığı videoçarxı hər 8 ildən bir hazırlayacağına söz verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm