Məşhurlar və nəvələri - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Məşhurlar və nəvələri - FOTOLAR

Ötən əsrin məşhur insanlarının indiki dövrdə yaşayan nəvə-nəticələri də özləri kimi yaradıcılıqla məşğuldur. Maraqlısı isə odur ki, həmin məşhurların nəslindən çıxan insanlar da xarici görkəmdən onlara bənzəyir.

Publika.az tanıdığımız və ötən əsrin seks simvolları hesab edilən insanların nəslindən çıxanları təqdim edir.

Elvis Presli

Rayli Kio ötən əsrin seks simvolu olan əfsanəvi Elvis Preslinin nəvəsidir. Raylinin 25 yaşı var, aktrisa və model kimi çalışır.

Ernest Heminquey

Dri Heminquey məşhur yazıçı Ernest Heminqueyin nəvəsidir. 27 yaşı Dri fotomodel və aktrisa kimi çalışır.

Marlon Brando

Tuki Brando "Xaç atası" filminin əvəzedilməz aktyoru Marlon Brandonun nəvəsidir. 25 yaşlı Tuki aktyor kimi çalışmağa tələsmir. Çünki Tuki "Versage" kimi brenddə maneken kimi çalışır.

Odri Hepbern

Emma Ferrer məşhur aktrisa Odri Hepbernin nəvəsidir. 20 yaşlı Emma Florensiya İncəsənət Akademiyasının tələbəsidir və model kimi çalışır.

Çarli Çaplin

Çarli Çaplinin nəvəsi isə Unadır. Una da babası kimi özünün filmlərdə sınayır. Onun hesabında 34 film rolu var. Lakin onu daha çox "Taxtların oyunu" filmində Robb Starkın arvadı rolundan tanıyırlar.

Alen Delon

Alen Delonun 27 yaşlı nəvəsi Elison Le Borj rol aldığı "Mavi ada" filmindən tanınır. Bundan əlavə Elison model kimi də çalışır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm