200 milyon il yaşı olan canlı
Bizi izləyin

Bilgi.az

200 milyon il yaşı olan canlı

200 milyon il yaşı olan canlı

Qılıncquyruq planetimizdə yaşayan ən qədim canlılardan biridir.

O, 200 milyon il bundan qabaq meydana çıxıb və günümüzə qədər yaşayıb qala bilib. Qılıncquyruğun çox möhkəm zireh örtüyü, iti uclu quyruğu və 6 cüt ayağı var.

Bunlardan 4 cütü yeriməyə, bir cüt uzun ayaq üzməyə, bir cüt qısa ayaq isə qidalanmağa xidmət edir.

Dişləri yoxdur. Kürüləməklə çoxalır. Bu unikal heyvanın maraqlı bir xüsusiyyəti isə odur ki, qanı mavi rəngdədir.

Belə ki, onun qanında qana qırmızılıq verən Fe-dəmir ionu əvəzinə, Cu-mis ionu olur.

Onun qanından tibbdə, tibbi preparatların təmizliyini yoxlamaq üçün istifadə olunur.

İnteraztv.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm