103 yaşlı qadın uzunömürlülüyün sirrini açdı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

103 yaşlı qadın uzunömürlülüyün sirrini açdı - FOTOLAR

Keçən həftə 103 yaşını qeyd edən Böyük Britaniya sakini uzunömürlülüyün sirrini açıb. Gertruda Hindli adlı yaşlı qadın çox yaşamağın yeganə yolunu televizora baxmamaqda görür.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, təqaüdə çıxmazdan əvvəl Gertruda dayə kimi çalışıb.

O deyib: "Bütün dostlarımda televizor var. Lakin mənim heç zaman televizorum olmayıb".

Gertruda indiyədək heç bir televiziya tamaşasını izləməyib. Bu azmış kimi, o, heç zaman II Yelizavetanın tacqoyma mərasimini, Con Kennedinin qətlə yetirilməsini, ilk insanın Aya enməsini, Berlin divarının dağılmasını və hətta, 11 sentyabr terror aktını da izləməyib və onlardan xəbərsiz olub.

O, televizor izləmək əvəzinə yaşlı insanların qeydinə qalmaqla məşğul olub. Bundan əlavə, Gertruda 1970-ci illərdə heyvanlar üçün sığınacaq yaratmaqla məşğul olduğu üçün onun heç televizora baxmağa belə vaxtı olmayıb.

Gertrudanın doğma övladı yoxdur və qocalar evində yaşayır. Onun qohumu Riçard Hindlinin sözlərinə görə, Gertruda həqiqətən də dünyada baş verənlərdən xəbəri olmayıb.

O deyib: "Güman edirəm ki, televizora baxmadığı üçün o, uzunömürlüdür. O, heç zaman xəbərlərə görə narahatçılıq keçirməyib və beynini pis xəbərlərlə doldurmayıb".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm