Dövlət başçılarının iqamətgahları - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dövlət başçılarının iqamətgahları - FOTOLAR

Hər bir dövlət başçısının iqamətgahının olması vacibdir. Bəzən dövlət başçıları tarixi binaları iqamətgah kimi seçir.

Publika.az müxtəlif dövlət başçılarının möhtəşəm iqamətgahlarını təqdim edir.

Stokholm kral sarayı, İsveç

Stokholm kral sarayı İsveçin paytaxtında yerləşir. 1760-cı ildən istifadə olunan bina 200 ildən çoxdur ki, dövlət rəsmiləri və başçıları tərəfindən istismar olunur. Binanın uzunluğu 230, eni 125 metrdir. Öz ölçülərinə görə dünyanın ən böyük rəsmi iqamətgahı hesab olunur.

Amsterdam kral sarayı, Niderland

1665-ci ildə inşa edilən bina Hollandiya monarxlarının məskənidir. Bu binanı istənilən şəxs ziyarət edə bilər.

"Casa Rosada", Argentina

Tərcümədə "Çəhrayı ev" anlamını verən tikili Argentina prezidentinin iqamətgahı sayılır. Daha dəqiq desək, binada sabiq Argentina prezidentinin əşyaları saxlanılır. 1898-ci ildə inşa edilən bina Argentinanın milli tarixi abidəsi hesab olunur.

Praqa qəsri, Çexiya

Praqa qəsri Çexiya paytaxtının simvolu hesab olunur. IX əsrdən etibarən qəsr Çexiya kralları, Müqəddəs Roma imperiyasının imperatorlarının, həmçinin Çexoslovakiya və Çexiya prezidentlərinin iqamətgahı olub. Adı çəkilən qəsr dünyanın ən qədim qəsri hesab olunur.

Flaqstaff Haus, Qana

2008-ci ilin noyabr ayından etibarən Flaqstaff Haus Qana prezidentinin iqamətgahına çevrilib.

"Kvirinal" sarayı, İtaliya

İtaliya prezidentinin iqamətgahı hesab olunan Kvirinal sarayı Roma şəhərində yerləşən ən hündür 7 təpəliklərin birində inşa edilib. 1583-cü ildə inşa edilmiş saray 30 Roma papası, 4 kral, 11 prezidentə xidmət göstərib.

İstana Nurul İman, Bruney

Bruneyin paytaxtı Bəndər Səri Bəqavan şəhərində yerləşən ölkə sultanının sarayı nə az, nə çox - düz 1800 otaqdan ibarətdir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm