Alimlər şokdadır: 13 yaşlı uşaq nüvə reaktoru hazırladı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Alimlər şokdadır: 13 yaşlı uşaq nüvə reaktoru hazırladı - FOTOLAR

İngiltərənin Lankaşir qraflığında yaşayan Ceymi Edvards müəllimləri ilə yanaşı, alimləri də şoka salıb. O, nüvə reaktoru hazırlayaraq oxuduğu məktəbin rəhbərliyinə təqdim edib.

13 yaşlı oğlanın mini-reaktorunda iki hidrogen atomu parçalanıb və nüvə sintezi vasitəsilə helium alınıb.

Kiçik reaktor onun oxuduğu məktəbin fizika laboratoriyasında təqdim olunub.


"Penwortham Priory Academy"nin direktor müavini Cim Houriqan deyir: "Şagirdlərə fizika dərsində tapşırmışdıq ki, kiçik, işlək modellər hazırlasınlar. Dərsin sonuna yaxın Ceymi mənə yaxınlaşıb soruşdu: "Müəllim, əgər nüvə reaktoru hazırlasam və onu burada işə salsam, məktəbimiz partlamaz ki?!"
Sualı zarafat saydım və fikir vermədim. Amma indi Ceymi mənə mini-reaktoru təqdim edəndə heyrətləndim. Gördüklərimə inanmağa çətinlik çəkirdim".


13 yaşlı Ceymi Edvards dünyada ən gənc termonüvə reaktoru "müəllifi"dir.

Bundan başqa, o, nüvə sintezinə nail olmuş ən gənc şəxsdir.


2008-ci ildə ABŞ-ın Nevada ştatında 14 yaşlı məktəbli Teylor Uilson kiçik termonüvə reaktoru hazırlamışdı./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm