Bilgi.az
Azərbaycanlı "vor zakon"un fotosu London muzeyində - FOTOLAR
Rusiyanın tanınmış fotoqrafı Denis Tarasov ötən əsrin 90-cı illərində ölkəsinin kriminal avtoritetlərinin və nüfuzlu şəxslərinin məzarlarının fotosessiyasını hazırlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müəllif bu fotoları Yekaterinburq, Dnepropetrovsk şəhərlərində çəksə də, əslən Sabirabad rayonundan olan mərhum "qanuni oğru" "Lotu Hikmət"in qəbrinin fotosu da bu albomda yer alıb.
O qeyd edib ki, "qanuni oğru"ların məzarlarının başdaşları, abidələr bahalı mərmərlərdən hazırlanıb. Bu səbəbdən qəbir abidələrinin hazırlanması baha başa gəlib. Habelə Denis Tarasovun fotolarını çəkdiyi məzar abidələrində əcnəbi avtomobillər, qəribə mebellər, spirtli içkilər də yer alıb.
Maraqlı olan təkcə bu deyil. Rusiyalı fotoqrafın bu albomu bir çox Avropa ölkələrində maraqla qarşılanıb. Bir sıra dövlətlərin mətbuatı həmin fotolara xüsusi diqqət ayırıb.
Bu arada təkcə bir faktı qeyd etmək yerinə düşür. Belə ki, Londonun məşhur "Saatchi Gallery" muzeyi Denis Tаrasovun 27 fotodan ibarət xüsusi albomunu, o cümlədən Sabirabadlı Hikmətin də məzarının olduğu şəkli eksponat kimi qəbul edib. Muzey bununla yanaşı fotoları dərc etdirib.
Anar Tağıyev
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı