Bilgi.az
Ərəb şahzadəsinin Azərbaycan macərası - FOTOLAR
Bir müddət öncə Azərbaycana gəzintiyə gəlmiş ərəb
şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Bakı gəzintisi ilə bağlı
yeni fotolarını yayımlayıb.
ANS PRESS-in məlumatına görə, 28 yaşlı şeyx Azərbaycan səfəri
zamanı baş çəkdiyi yerlərin fotolarını öz rəsmi Facebook
səhifəsindən paylaşıb.
Fotolardan görünür ki, şahzadə Bakının gəzməli yerlərində olub,
Fəvvarələr meydanında, Dagüstü Parkda, Qız Qalasında şəkillər
çəkdirib.
Onun Azərbaycanda ov etdiyi də bildirilir.
Bir neçə dostu ilə ölkəmizə səfər etmiş Dubay şahzadəsi
Azərbaycanın turizm bölgələrində də olub. Mil-Muğanda ov edən
Həmdan Qəbələ və İsmayıllıda istirahət edib.
Helikopterin və bahalı avtomobillərin müşayət etdiyi şahzadə
dostları ilə əyləncəli vaxt keçirib.
Qeyd edək ki, Həmdan bin Məhəmməd bin Rəşid şeyx Məhəmməd bin Rəşid
əl-Məktumun 19 övladından biri – Dubayın şahzadəsidir. O, hazırda
Dubay İcraiyyə şurasının sədridir. Həmdan Senderherst hərbi
akademiyasını və London iqtisadiyyat məktəbini bitirib. Gənc şeyx
boş vaxtlarında Fazza ləqəbi ilə şerlər yazır. Ərəb şahzadəsi
Həmdanın sərvəti 18 milyard dollara bərabərdir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!