Sodadan 15 cür istifadə qaydası
Bizi izləyin

Bilgi.az

Sodadan 15 cür istifadə qaydası

Demək olar ki, hər kəsin mətbəxində bir qutu soda olur. Hər kəs sodadan müxtəlif məqsədlərlə istifadə edir.

Ancaq Publika.az sodanın heç ağlınıza gəlməyəcək istifadə qaydalarını təqdim edir:

Yumşaq dəri üçün

Hamam vannasını doldurun və içərisinə bir fincan soda tökün. Suyun içərisində 15 dəqiqə uzanın. Hamamdan çıxanda özünüzü yenilənmiş hiss edəcəksiniz. İstəsəniz, soda ilə üzünüzü yuyaraq üz dərinizin də qayğısına qala bilərsiniz. Soda dərini yumşaldır.

Meyvə və tərəvəzləri təmizləmək üçün

Meyvə və tərəvəzləri yuduğunuz qabın içərisinə bir miqdar soda tökün. Bu zərərli bakteriyaların məhv olmasını təmin edəcək.

Mədə yanğısı zamanı

Mədənizdə yanğı hiss edirsinizsə, yarım stəkan suya, bir çay qaşığı karbonat əlavə edib qarışdırın və için.

Ağcaqanad və böcək sancmaları zamanı

Belə vəziyyətlə üzləşəndə az miqdarda su ilə sodanı qarışdıraraq problemli bölgəyə çəkmək lazımdır. Sonradan dərini təmizləmək lazım deyil. Çünki soda quruyub öz-özünə töküləcək.

Fırçaları və saç darağını təmizləmək üçün

Daraq və fırçalarınızı içində isti su olan bir qabın içərisinə qoyun. Suya bir çay qaşığı soda əlavə edin. Bu daraqlarda yaranan bakteriyaların ölməsini təmin edəcək.

Güldana qoyulan çiçəklərin uzunömürlü olması üçün

Güldandakı çiçəklərin təzəliyini uzun müddət mühafizə etmək üçün suya bir çay qaşığı soda əlavə edin.

Ayaqlarda ağrını azaltmaq üçün

İçi isti su ilə dolu bir ləyənə üç xörək qaşığı soda tökün. Ağrıyan, yorğun ayaqlarınızı bu suyun içərisində ən az 15 dəqiqə saxlayın. Fərqi hiss edəcəksiniz.

Təbii şampun

2-3 çay qaşığı sodanı bir stəkan suda həll edib saçınıza çəkin. Daha sonra saçınızı durulayın. Bu saçdakı yağ və çirki təmizləyəcək, saçlarınızın tez yağlanmasının qarşısını alacaq.

Avtomobilin pəncərələrini təmizləmək üçün

Maşınınızı yuyarkən pəncərələri içərisinə bir miqdar soda tökülmüş su ilə təmizləyin. Beləliklə, yağış yağdıqda su pəncərələrdən asanlıqla axacaq, iz qoymayacaq. Yolu daha rahat görə biləcəksiniz.

Ağız təmizliyi üçün

Bir stəkan suyun içərisinə bir çay qaşığı duz və 1 çay qaşığı soda əlavə edib axşam yatmazdan öncə ağzınızı bu su ilə yaxalayın. Bu qarışım ağız qoxusunun qarşısını alır, diş sağlamlığını qoruyur.

Siqaret qoxusuna qarşı

Siqaret çəkən insanların evləri çox pis qoxuyur. Çünki siqaret qoxusu pərdədən, yumşaq mebelə kimi evin hər yerinə hopur. Kül qabının içərisinə bir miqdar su və soda tökün. Beləliklə, siqaret qoxusu yayılmayacaq.

Zibil qutusunun pis qoxmaması üçün

Zibil qutuları adətən, pis qoxu yayır. Ancaq zibil qabının dibinə bir miqdar soda töksəniz, bu problemlə üzləşməyəcəksiniz.

Tüklü oyuncaqları təmizləmək üçün

Tüklü oyuncaqlar tez çirklənərək bakteriyaların yaranması üçün münbit şərait yaradırlar. Belə oyuncaqları sodalı su ilə yusanız, tərtəmiz olacaqlar.

Divardan ləkələri silmək üçün

Nəmli bir əskiyə bir miqdar soda tökün və divardakı ləkələri onunla silin.

Lobya yedikdən sonra

Lobya bir çoxlarının sevimli qidasıdır. Ondan hazırlanan yeməklər çox dadlı olur. Təəssüf ki, lobya çox vaxt bağırsaqlarda qaz yaranmasına səbəb olur. Ancaq lobya xörəyi yedikdən sonra 1 stəkan suya 1 çay qaşığı soda əlavə edərək içəsiniz, belə bir problemlə üzləşməzsiniz.

Uşaq bezinin səbəb olduğu qızartılara qarşı

Körpənizi bu problemdən xilas etmək üçün bahalı kremlər almağınıza ehtiyac yoxdur. Sadəcə onu çimizdirdiyiniz suyun içərisinə iki xörək qaşığı soda əlavə edin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm