Günlərlə xəstəxanada sahibini gözləyən it - FOTO/VİDEO
Bizi izləyin

Bilgi.az

Günlərlə xəstəxanada sahibini gözləyən it - FOTO/VİDEO

Dünyada ilk əhliləşdirilmiş ev heyvanı sayılan it insaların sadiq dostudur. Ayrı-ayrı ölkələrdə bununla bağlı baş vermiş hadisələr itlərin öz sahiblərinə sadiqliyini dəfələrlə sübut edib.

Argentinada baş vermiş bu hadisə itlərin sadiqliyinin bariz nümunəsidir.

Belə ki, huşunu itirib xəstəxanaya yerləşdirilən sakinlərdən birinin iti xəstəxananın qarşısında, yağışın altında onun yolunu gözləyib.

Ən maraqlısı odur ki, heyvan sahibinə qan verib onu ölümdən xilas edən donorun üstünə qaçaraq ona minnətdarlığını ifadə edib.

Qeyd edək ki, bununla bağlı hazırlanmış xüsusi videoçarx sosial şəbəkələrdə izlənmə rekordu qırıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm