Homoseksuallar dövlət yaratdılar - FOTO
Bizi izləyin

Bilgi.az

Homoseksuallar dövlət yaratdılar - FOTO

Dünyanın bir sıra dövlətlərində arzuolunmaz hesab edilən, bir sıra ölkələrində isə adi qarşılanan homoseksuallar özləri üçün kiçik dövlət qurublar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onlar daimi yaşayış üçün Mərcan dənizindəki adaları məskən seçiblər. Hələlik dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan dövlətin rəsmi adı "Gey və Lesbian Krallığı" adlanır. Cırtdan ölkəni bir çoxları "Gey Krallığı" adlandırır.

Qeyd edək ki, homoseksuallar krallıqda ilk dəfə bir müddət bundan əvvəl məskunlaşmağa başlayıblar. Cinsi azlıqlar bu addımı Avstraliyada homoseksualların evlilik hüququnun tanınmamasına etiraz əlaməti olaraq atıblar. Homoseksuallar bununla onlara qarşı çıxanlara "savaş" elan etdiklərini bildiriblər. Krallıq özünü müstəqil dövlət hesab edir. Onu da əlavə edək ki, bu mikro dövlət homoseksual millətçiliyinin simvoluna çevrilməkdədir. Maraqlıdır ki, Mərcan dənizi adalarında yerləşən kiçik ölkənin əhalisinin sayı artmaqdadır. Sakit okeanda yerləşən Mərcan dənizi Avstraliya, Yeni Qvineya, Yeni Kaledoniya sahilləri arasında yerləşir. Çoxsaylı mərcan riflərinin və adaların mövcud olduğu dənizdə Uillis, Treqross, Bampton, Çesterfild kimi adalar mövcuddur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm