Rusiyada rəngli yağış yağdı - FOTO
Bizi izləyin

Bilgi.az

Rusiyada rəngli yağış yağdı - FOTO

Rusiyanın Surqut şəhərinə rəngli yağış yağıb.

Publika.az xəbər verir ki, şəhər sakinləri sarı və yaşıl rəngli yağış gölməçələrini görəndə təəccübləniblər. Rəngli yağışı görmək Xanti-Mansi muxtar mahalı inzibati mərkəzinin bir çox sakinlərinə nəsib olub. Ekoloqlar isə əhalini sakitləşdirərək rəngli yağışın təhlükə törətmədiyini, bunun bitkilərin çiçəklənmə dövrü ilə bağlı olduğunu bildiriblər. Onların sözlərinə görə, çiçəklənmə dövründə bitkilərin tozcuğu yağışa qarışır və buna görə də yağış damlaları müxtəlif rənglər alır.

Sinoptiklər isə yaxın günlərdə Surqutda şimşək çaxacağını, yağışın davam edəcəyini deyirlər. Sabah isə küləyin gücü saniyədə 20 metrə çatacaq və hava bir qədər də soyuyacaq. Günəşli günlər isə yalnız gələn həftə müşahidə olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm