Bunu görmək lazımdır - balaca rus qız Bakını istəyir (VİDEO)
Bizi izləyin

Bilgi.az

Bunu görmək lazımdır - balaca rus qız Bakını istəyir (VİDEO)

Azərbaycanın paytaxtı Bakının gözəlliyi dillər əzbəridir. Dünyanın artıq hər yerində insanların gəzmək istədiyi paytaxtlar arasında Bakı da var.

Ola bilər valideynlərinin elə bu istəyi və Bakının gözəlliyindən dil dolusu danışmaları balaca rus qız Sofanı danışdırır və o ağlayaraq Bakını istəyir.

Uşağın ağladığını görən atası Sofadan nə olduğunu soruşanda uşaq ən böyük istəyinin Bakıya getmək olduğunu bildirir. Atası uşağın Bakıya getmək istəyinin səbəbini soruşduqda Sofa "Orda oyuncaqlar var" deyir. Anası ona kömək olsun deyə "Orda dəniz var denən" deyir. Buradan məlum olur ki, ana bala bu yay istrahətini Bakıda keçirmək istəyirlər və evin böyüyünə istəklərini belə birdirirlər.

Hər bir halda qonaqpərvər Bakımız Sofa və onun timsalında bütün bakısevərləri qarşılamağa hazırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm