Bu məktub 62 min dollara satıldı
Bizi izləyin

Bilgi.az

Bu məktub 62 min dollara satıldı

Nobel mükafatı almış məşhur alman fiziki Albert Eynşteynin məktubları hərraca çıxarılıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hərracda A.Eynşteyn tərəfindən qələmə alınan 27 məktub satılıb.

Tanınmış fizikin 1945-ci ildə oğullarından birinə yazdığı nisbilik nəzəriyyəsi və atom bombaları arasındakı əlaqəni izah edən məktubu 62 min 500 dollara satıldı. Alimin hərraca çıxarılan 27 məktubu ümumilikdə 420 min dollar satılıb.

Qeyd edək ki, Alman fiziki A.Eynşteyn 1879-cu ildə anadan olub. Elmə bir çox yeniliklər gətirən alim 1921-ci ildə nəzəri fizikaya töhfəsi və fotoelektrik təsir hadisəsini izah etməsinə görə Nobel Fizika Mükafatına layiq görülüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm