Yüz milyonluq varidatlar: dünyanın ən varlı heyvanları - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yüz milyonluq varidatlar: dünyanın ən varlı heyvanları - FOTOLAR

Dünyanın bir çox yerlərində insanlar aclıqdan əzab çəkdiyi halda heyvanlar sərvət içində üzür.

Publika.az-ın sizə dünyanın ən varlı heyvanlarını təqdim edir.

"Tinker" adlı pişik bir zamanlar küçələrdə veyil-veyil gəzəndə ağlına da gəlməzdi ki, gün gələcək, dünyanın ən bahalı heyvanlarından birinə çevriləcək. Övladı olmayan, 586 min avroluq mülkə sahib olan Marqaret Leyn onu 8 yaşında görəndə heyvanı çox bəyəndiyindən, "Tinker"i evinə gətirdi. Leyn dünyasını dəyişdikdə bir zamanlar evsiz olan Tinkerə Londonun şimalında sahibinin varlı evi və 100000 dollarlıq fondu miras qaldı.


Leone Xemsli dünyasını dəyişəndə onun doğmaları şoka düşmüşdülər. Mərhumə Trabl adlı sevimli nə az-nə çox 12 milyon dollar miras qoyub getmişdi. Elə bu səbəbdən də nəvələri nənənin dəli olduğunu iddia edərək, məhkəmədə 12 milyon dollarlıq varidatın itdən ayrılması ilə bağlı iddia qaldırdılar. Məhkəmə həmin mirasdan cəmi 2 milyon dolların Trabla qalması barədə qərar çıxardı. Nəvələrin acığı bununla soyumadı. Onlar nənənin sevimli itini zəhərləyib öldürmək qərarına gəldilər. Elə həmin səbəbdən də itin mühafizəsi gücləndirildi.

Adı bu günə qədər mətbuatdan gizli saxlanılan milyonçulardan biri Lenis Patrik adlı qonşusuna 9 milyon avro bağışlayıb ki, onun Ani və Pepe adlı iki sevimli pişiyindən muğayat olsun. Hal-hazırda San-Dieoqada yaşayan bu heyvanların məskunlaşdıqları evin qiyməti 10 milyondur. Lakin maraqlı cəhət təkcə bundan ibarət deyil. Onlar böyük fonddan ildə 100000 qazanc götürürlər.

90 yaşlı aktrisa Betti Uayt əvvəlki kimi filmlərə çəkilib, yaxşıca pul qazananda heç kim onun hansı sirləri qəlbində daşıdığını bilmirdi. Sonradan məlum oldu ki, aktrisa bu yaxınlarda 5 milyonluq fond yaradaraq onu sevimli Pontiakının adına rəsmiləşdirib.

Dünyanın ən varlı heyvanlarının siyahısına Qiqu toyuğunu əlavə etməsək, insafsızlıq olar. Maqnat Meylz Blekvill bu toyuğa övladı kimi qayğı göstərməklə yanaşı ona 10 milyon miras bağışlayıb.

Mərhumə Mariya Assunta Roma küçələrində təsadüfən rast gəldiyi sahibsiz pişikdən xoşu gəldiyindən onu evinə gətirmişdi. Varlı, amma övlad anası olmaq səadətini yaşaya bilməmiş bu qadın 2013-cü ilin dekabrında öz malikanəsində öləndə ondan Tommazoya 13 milyon dollar pul qaldı. İndi bu pişiyin Roma, Milan, Kalabriya da daxil olmaqla İtaliyanın bir sıra banklarında hesabı var. Mariya ölümündən əvvəl macal tapıb vəkilindən pişiyini heyvanların müdafiəsi asossasiyasına əmanət etməyi də xahiş edə bilib.

Qara pişik Blekiyə baxmadan keçməyin. Bu qarabala Ginnesin "Rekordlar" kitabına düşüb. O, dünyanın ən varlı pişiyidir. Milyoner Bena Ri ona 25 milyon dollarlıq sərvət bağışlayıb.

Zairdə yaşayan Kalu adlı meymun 90 milyon dollarlıq sərvətə malikdir. Onu varlanmasına əsas səbəb tanınmış idmançılardan birinin qızı Patrisiya O. Nildir.

Tobi ləqəbli it isə 92 milyon sərvətə malik olan varlı heyvandır. Onun varlı olmasının səbəbkarı Ella Uendel adlı milyarderdir.


Almaniyada yaşayan iş adamı Karlotta Liberştayn da öləndə 372 milyon markalıq varidatını doğmalarına yox, Qyunter III adlı itinə bağışlayıb. Lakin qoca Qyunter III öldükdən sonra bu sərvət küçük Qyunter IV-ə nəsib olub. Dünyanın ən varlı heyvanı sayılan Qyunter IV hal-hazırda Mayamidə yaşayır. Onun dəbdəbəli həyat tərzini sübut etmək üçün təkcə bir faktı sizə təqdim etməyi kifayət bildik: Bu itə hər gün balıq kürüsü yedirdirlər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm