Taksi sürücüsünü avtomobili ilə birlikdə dəfn etdilər - FOTO
Bizi izləyin

Bilgi.az

Taksi sürücüsünü avtomobili ilə birlikdə dəfn etdilər - FOTO

Puerto-Rikoda sükan arxasında dünyasını dəyişmiş taksi sürücüsünü avtomobili ilə birlikdə basdırıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda dünyasını dəyişmiş 73 yaşlı taksi sürücüsü Viktora Peresa "Toyota Corolla" avtomobilinin sükanı arxasında ölüb. O, ömrünün son 15 ilində sürücülük edib.

Qeyri-adi ənənələri ilə seçilən Puerto-Rikoda bu sürücünün dəfni fərqli olub. Əvvəlcə mərhuma təzə kostyum və ayaqqabı geyindiriblər. Onun avtomobillə dəfn mərasiminə qohumları və dostları da dəvət olunub. Xərçəng xəstəliyindən vəfat etmiş mərhumu sükan arxasında əyləşdirərək avtomobili ilə birlikdə torpağa tapşırıblar.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm