Suala əsəbiləşən din xadimi: "Gətirin onu, döyüm" - VİDEO
Bizi izləyin

Bilgi.az

Suala əsəbiləşən din xadimi: "Gətirin onu, döyüm" - VİDEO

Türkiyənin özəl tele klanallarından birində tamaşaçının canlı efirdə telefonla verdiyi sual din xadimini əsəbiləşdirib.

Hadisə "Ömər Döngəloğlu ilə sahur vaxtı" proqramının yayımı vaxtı baş verib. Proqrama zəng vuran şəxs, "Arvadımla yaxşı dava elədim və əsəbiləşərək ona 3 dəfə boş ol dedim. Nə edə bilərəm?" – deyə sual verib.

Tamaşaçıya kəskin cavab verən din alimi Cavad Akşit arvadla yaxşı dava olmaz, yaxşı dava Çanaqqalada olub – deyə cavab verib:

"Belə aşiq olurlar, evlənirlər, bəzisi də qız qaçırır. Sonra da hirslənir, 9 talaqla boşadım deyir. Döyülməlidir bunlar. Bu kişi gəlsin heç kimin olmadığı yerə, sən də mənə sınmayan palıd dəyənəyi gətir. Yaxşıca döyüm onu. Belə demək olar?" – sözləri ilə Cavad Akşit hər kəlməbaşı boşananlara kəskin etirazını bildirib. (ans)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm