Marqvelaşvilinin gümüş qol düymələrini biznesmen nəvəsinə aldı
Bizi izləyin

Bilgi.az

Marqvelaşvilinin gümüş qol düymələrini biznesmen nəvəsinə aldı

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin gümüş qol düymələri Tiflisdə təbii fəlakətdən ölən vətəndaşların ailələrinə kömək üçün satılıb.

Publika.az "Qruziya Online" internet-portalına istinadən xəbər verir ki, gümüş qol düymələri Tiflisin "Courtyard Marriott" mehmanxanasında xeyriyyə hərracında satışa çıxarılıb.

Hərracda lotun ilk qiyməti 100 dollar təşkil edib. Sonda gümüş qol düymələri 4 min dollara satılıb. Alıcı isə biznesmen Nazi Alasaniya olub. Biznesmenin sözlərinə görə, o, hədiyyəni nəvəsi üçün alıb.

Xatırladaq ki, 14 iyun gecəsi güclü leysan nəticəsində Vera çayı məcrasından çıxıb. Daşqından paytaxtın mərkəzi, o cümlədən zoopark, avtomagistrallar, elektrik xətləri və yaşayış evləri ciddi zərər çəkib. Təbii fəlakət nəticəsində 19 nəfər dünyasını dəyişib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm