Bilgi.az
“Whatsapp” ən etibarsız seçildi
ABŞ-da yerləşən beynəlxalq qeyri-hökumət təşkilatı "Electronic Frontier Foundation"(EFF), dünyanın qabaqda gələn texnologiya şirkətlərini gizlilik və şəffaflıq kimi kateqoriyalarda müqayisə edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu müqayisədə ən yüksək nəticəni "Apple", ən aşağını isə "Whatsapp" göstərib.
Təşkilatın araşdırmasında şirkətlərin müsbət rəy qazanması üçün dövlətlərin istifadəçilərin üzərində qoyduğu tələblərin açıqlanması, məlumatın saxlanması, sektorun qəbul etdiyi ən yaxşı tətbiq qaydalarına uyma kateqoriyalarında müsbət rəy almasına diqqət edilib.
Buna görə də, başda "Apple" olmaqla "Adobe", "Drobbox", "Yahoo" nun nəticələri 5 ulduzla dəyərləndirilib. "Google", "Microsoft" isə 3 kateqoriyada müsbət rəy qazanıblar.
Ancaq hesabatda ən pis qeydi alan şirkət "Whatsapp" oldu. "Facebook"un özü 4 ulduzla qiymətləndirilərkən onun tərkibində olan "Whatsapp"da vəziyyət heç də yaxşı olmayıb. Çünki "Whatsapp"ın müsbət qiymət aldığı yeganə maddə məlumatların təhlükəsizliyidir. Bunun xaricində "Whatsapp"ın heç də şəffaf olmadığı müəyyən edilib.
Bundan başqa, "Whatsapp"da məzmunların dövlətlərlə paylaşılıb-paylaşılmadığı müəyyən deyil, digər tərəfdən "Whatsapp"ın danışma qeydlərinin nə qədərini saxladığı müəmmalı olaraq qalır.
Qeyd edək ki, Mərkəzi ABŞ-da olan, EFF-in məqsədi kiber dünyada vətəndaş azadlıqlarını qorumaq xüsusilə lazımsız qanunlarla gətirilən məhdudiyyətlərə qarşı çıxmaqdır.
Gülxar
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq