Ürəyi zəif olanlar oxumasın – Diri-diri dərilərini soydular - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ürəyi zəif olanlar oxumasın – Diri-diri dərilərini soydular - FOTOLAR

Əlinizə aldığınız çantanın, ayağınıza geyindiyiniz ayaqqabının, belinizə taxdığınız kəmərin, hətta əyninizdəki dəri geyimin üzərində nə qədər qan, işgəncə olduğunu bilirsinizmi?

"Təbii dəridir" deyə sizə təqdim olunan həmin məhsulların əldə olunması üçün insanların hansı vəhşiliyi törətdiyi ilə maraqlanmısınızmı?

Bəs, sizə daha fərqli, daha gözəl, bir sözlə, seçilən olmağınız üçün böyük vəsait xərcləyərək əldə etdiyiniz geyim və aksessuarların kütləvi qətliam hesabına başa gəldiyini desələr, həmin gözəllikdən imtina edərsinizmi?

Bəh-bəhlə geyndiyiniz və ağlasığmaz məbləğlər ödədiyiniz bu geyimlər yüzlərlə canlının diri-diri dərisinin soyulması hesabına başa gəlir. Odur ki, dünyada heyvanlara qarşı törədilən bu cinayətə qarşı müqavimət kampaniyası başlayıb. Həmin hərəkata məşhurlar da qatılıb. Bir çox dünya ulduzları məsələnin ciddiliyinə diqqət çəkmək üçün təbii dəridən olan bütün geyimlərdən imtina edir və bunu təbliğ edirlər.

Təəssüf ki, nə təbliğat, nə qınaq hələlik bu vəhşiliyin qarşısını almaq üçün yetərli deyil. Çünki dünyada hələ də fərqlənmək, seçilmək istəyən özündənrazı müştəbehlər var!

Publika.az gözəllik naminə diri-diri dərisi soyulan heyvanların fotolarını təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm