Arvadını öpmək üçün məhkəməyə müraciət etdi
Bizi izləyin

Bilgi.az

Arvadını öpmək üçün məhkəməyə müraciət etdi

Böyük Britaniyalı 87 yaşlı kişi stasionarda saxlanılan ağıldan kəm arvadını

öpmək üçün məhkəməyə müraciət edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, təqaüdçü Tomas Middlton qocalar evində saxlanılan arvadının yanında özünü "sivil ölkədə məhbus" kimi hiss edir. Çünki müəssisə işçiləri arvadıyla görüşən Tomasın hər hərəkətinə göz qoyur, onları izləyirlər.

Qocalar evinin işçiləri Tomasa arvadını öpməməyğ, arvadı ilə görüşməyi istədiyi təqdirdə 8 bənddən ibarət olan müqaviləni imzalamağa məcbur ediblər. Tomas arvadını yalnız gələndə və gedəndə öpə bilər.

Tomas şikayət edərək deyib: "Qocalar evinə gələndə müəssisə işçilərindən kimsə mənim yanımda oturur. Arvadımla təkbətək qalmağıma icazə vermir. Mənim arvadıma dediklərimi onlar sözbəsöz yazırlar".

Qeyd edək ki, Tomasın arvadı 2010-cu ildə ağıldankəm və Parkinson xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm