“iPhone 6” partlayıb bu hala düşdü - FOTO
Bizi izləyin

Bilgi.az

“iPhone 6” partlayıb bu hala düşdü - FOTO

Hindistanda bir nəfərin "iPhon 6" model telefonu partlayıb və alovlanan cihazın görüntüsü insanlarda təəccüb yaradıb.

Publika.az xəbər verir ki, zaman-zaman müxtəlif markalı telefonlarda oxşar hal yaşanıb, lakin "iPhone"də belə hallara nadir rast gəlinir.

Belə ki, Hindistanda yaşayan restoran sahibi Kişan Yaday iki gün əvvəl aldığı "iPhone 6" elə partlayıb ki, özü xəsarət almaqdan son anda qurtulub. O, maşında danışarkən qəfildən alovlanan telefonu pəncərədən küçəyə atıb.

Yaday 945 dollar verdiyi "iPhone 6"nı bir anda pəncərədən atdığına görə pis olduğunu, amma telefonu qulağına tutmadan danışdığı üçün sevindiyini deyib. Çünki əks halda onun üzünə ciddi zərər dəyə bilərmiş.

Hadisə ilə bağlı "Apple" firması tərəfindən heç bir açıqlama verilməyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm