Bilgi.az
Gələn il bir saniyə uzun olacaq
Paris Rəsədxanası bu ilin 1 saniyə uzun olacağını açıqlayıb. Buna səbəb Yer kürəsinin fırlanma sürətinin azalması göstərilir.
AMEA-dan Publika.az-a verilən məlumata görə, aradakı fərqi götürmək üçün saatlara 1 saniyə əlavə ediləcək. Bu, 2015-ci il iyunun 30-da günorta saatlarında baş verəcək.
Beləliklə, 30 iyun tarixində gün 86 min 400 əvəzinə 86 min 401 saniyə olacaq.
Saatlara əlavə saniyə ilk dəfə 1972-ci ildə, axırıncı dəfə isə 2012-ci ildə əlavə edilib. Builki əlavə, tarixdə 26-cı olacaq.
ABŞ əlavə saniyələrin naviqasiya və rabitə sistemləri üçün dağıdıcı olacağını iddia edərək bunun qarşısını almaq istəyir. Bunun əksinə olaraq, Birləşmiş Krallıq isə "Qrinviç ortalama vaxtı"nın dəqiq olması üçün əlavə saniyələri vacib sayır.
"Qrinviç ortalama vaxtı" 1847-ci ildə günəşin qrinviç meridianından keçməsinə görə hesablanıb və qəbul edilib.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO