Kəsilmiş ət evdə dirildi – FOTOLAR/VİDEO
Bizi izləyin

Bilgi.az

Kəsilmiş ət evdə dirildi – FOTOLAR/VİDEO

Çində yaşayan qadın evə aldığı mal ətindən şoka düşüb. İş ondadır ki, ət parçası sözün əsl mənasında diri olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Çenq adlı qadın bir tikə mal ətini alaraq evə gətirib. Lakin ət parçasının tərpənişi onun diri olmasını göstərib.

Qadın əvvəlcə ətin içində hər hansı bir qurdun olmasından şübhələnib. Amma ət parçasını kəsdikdən sonra içindən heç nə çıxmayıb.

Yerli baytarlıq departamentinin eksperti bildirib ki, spazmalar hələ də ölməyən sinir sisteminin tərpənməsinə səbəb olub.

Mütəxəssislərin fikrincə, ətin təzə olması və sinir sisteminin ucluqlarının hələ də, ölməməsi ət parçasını "diri" olduğunu göstərib. Bununla belə, mal əti yeməyə yararlıdır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm